23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Hafiz Məmmədov: “Lazım gəlsə, İbrahimoviçi də alarıq”

Bakı” klubunun prezidenti Hafiz Məmmədov sahibi olduğu Fransa “Lans”ının hədəfləri barədə danışıb. Lent.az-ın məlumatına görə, azərbaycanlı iş adamı “Canal+”ə müsahibəsində “Lans”ı I Liqa adlanan yüksək liqaya qaytarmaq niyyətində olduğunu bildirib. 
“Bakı”nın prezidenti “Lans”a hələlik 20 milyon avro investisiya qoyub. Lakin o, öz məqsədinə çatmaq üçün “pul kisəsinin ağzını daha geniş açmağa” hazırdır: “Biz Fransanın elit liqasına qayıtmalıyıq. Ən yaxşı olmağa can atırıq. Bu səbəbdən, “Lans”a sərmayə qoymalıyıq. Necə lazımdırsa, klubu maliyyələşdiririk”.
Hazırda Fransada PSJ və “Monako” klubları da əcnəbi iş adamları tərəfindən maliyyələşdirilir. Dünyanın ən güclü futbolçularından Zlatan İbrahimoviç PSJ, Radamel Falkao isə “Monako”da çıxış edir. Məmmədov da supertransferlər etməyə hazır olduğunu bildirib: “Nəyə görə də yox? Lazım gəlsə, İbrahimoviç və ya Falkaonu da alarıq”.
Qeyd edək ki, “Lans” Fransa çempionatının II Liqasında 14 turdan sonra 3-cü pillədə qərarlaşıb və lider “Mets”dən cəmi 4 xal geri qalır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30