28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Çalışacağıq ki, tamaşa göstərək"

“Xəzər Lənkəran” Premyer Liqadakı yerindən asılı olmayaraq çətin rəqibdir. Düzdür, hazırda çox da yaxşı mövqedə qərar tutmayıblar, amma görünən reallıq budur". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib.

Klubun rəsmi saytına danışan M.Pantiç revanş almaq istədiklərini bildirib: "İlk dövrə oyununda müəyyən səbəblərdən məğlub olduq. Sabah biz meydançanı yaxşı sulayacağıq ki, azarkeşlər sürətli futbol görə bilsin. Revanş almaq da öz yerində. Bəzilərindən fərqli olaraq, meydanı daş kimi sərt etmək istəmirik. Onlar idmana yardım etmirlər, oyunçularına yazıqları gəlmir. Bu üzdən belə addım atırlar. Çalışacağıq ki, futbola məxsus maraqlı tamaşa göstərək. “Neftçi”yə məğlubiyyətdən sonra psixoloji hazırlıqda problem yoxdur. Biz nə Madrid “Real”ıyıq, nə də “Barselona”. Gənc qapıçımız Elxan Əhmədov haqda mətbuatda səslənən tənqidi fikirlərə gəlincə, ikinci dövrənin sonuna kimi qapını o qoruyacaq. Nə etdiyimi bilirəm, hesab edin ki, mən 500 ildir ki, futboldayam. Belə olan halda nə dediyim dəqiq anlaşılar. Qapıya Elxanı yox, Edin Nuredinoskini qoysam, tənqidçilər məni qaldığım yerdən bayıra atarlar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31