3 Mart 2026, Çərşənbə axşamı
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

Tamaş Peto Samir Abasovu qabaqldı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” - “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və açıq məşqlərin vaxtı məlum olub.
 
Futbolxeber.az saytının "Gənclik şəhəri" təmsilçisinin feysbuk səhifəsinə istinadən verdiyə məlumata görə, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və bir futbolçu media mənsubları önünə çıxacaq. 
 
Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.
 
“Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə komandanın oyunöncəsi son məşqi gerçəkləşəcək.
 
Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31