2 Iyun 2025, Bazar ertəsi
Quliyevdən çempionluq şərhi
Minifutbol millimiz dünya çempionu oldu
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu

Ölkə futbolu

Əvvəl Rəşad Sadıqov, sonra Xisko Munyos

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransları və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Rəşad Sadıqov iyulun 24-də "Dalğa Arena"da jurnalistlərin suallarını cavablandıracaq. Bakı klubunun media üçün açıq məşqi isə "Qarabağ Arena"da, saat 19:00-da başlayacaq.
 
Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyosun mətbuat konfransı iyulun 24-də, saat 19:00-da "Dalğa Arena"da gerçəkləşəcək. Komandanın media üçün açıq məşqi isə 20:00-a planlaşdırılıb.
 
Hər iki komandanın məşq prosesinin yalnız ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
 
Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30