25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Bakı" və "Lans" arasında yaranan əməkdaşlıqdan qürur duyuruq" (Müsahibə)

Xəbər verdiyimiz kimi “Bakı” futbol klubunun U-15 komandası Fransanın Lans şəhərində təlim-məşq toplantısı keçir. Futbolxeber.az-ın məlumatına görə, bu prosesdə “Lans” klubunun məşqçi heyəti də yaxından iştirak edir. "Bakı"nın U-15 komandasına təhkim olunmuş təcrübəli məşqçi Arsen Herve “Bakı” futbol klubunun rəsmi internet saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə təqdim edirik.

- Komandamızın hazırlıq prosesi barədə nə deyə bilərsiniz?

- Təlim-məşq toplantısı plana uyğun şəkildə davam edir. Əminəm ki, Lansda keçirilən 2 həftə faydalı olacaq. Bu uşaqlara təcrübə lazımdır. Onlar Azərbaycana döndükdən sonra qazandıqları təcrübə və biliklər sayəsində daha da güclü olacaqlar.

- Yoxlama oyunlarını necə dəyərləndirirsiniz?

- Bu oyunlar, qeyd etdiyim kimi, təcrübə baxımından önəmlidir. 3 yoxlama oyununda meydana çıxan uşaqlar məğlub oldular, ancaq bu qarşılaşmaların idman nəticəsi baxımından əhəmiyyət kəsb etmədiyini vurğulamaq istəyirəm.

- Perspektivı necə görürsünüz?

- Əsas məsələ fərqli məktəbin komandası ilə oynamaq və çatışmayan cəhətləri müəyyən etməkdir. Bu işlər gələcəyə hesablanıb. Gələcək uğurların təməlini qoyuruq. Bu uşaqlar Lansa öyrənməyə gəliblər. İndi onlar öz üzərlərində daha çox və əzmlə çalışmalıdır ki, bir üst səviyyəyə yüksələ bilsinlər. Təbii ki, mən də öz tövsiyyələrimi bildirirəm.

- “Lans”la ”Bakı”nın əməkdaşlığını necə qiymətləndirirsiniz?

- İki klub arasında yaranan əməkdaşlıqdan qürur duyuruq. Biz qarşılıqlı faydalı əməkdaşlıq sayəsində daha da irəli gedəcəyik. Bir-birimizdən öyrənilməsi vacib olan çox məqamlar var. Eyni zamanda iki klubun dostluğu ölkələrimiz arasında münasibətlərin inkişafında da öz rolunu oynayacaq. Fransa və Azərbaycan dost ölkələrdir. İndi bizim üçün bu əlaqələrin önəmi daha da artmış olur. Bu baxımdan cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm.

- Sizi Bakıda nə vaxt görəcəyik?

- Mən və həmkarlarım yaxınlarda Azərbaycana gəlməyi planlaşdırırıq. Biz Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. Futbol biliklərimiz və təcrübəmizə arxalanaraq, onu deyə bilərəm ki, bunun nəticəsini gözləmək üçün o qədər də uzun zaman tələb olunmayacaq. Ölkəniz istedadlı insanların vətənidir, sadəcə onları düzgün istiqamətə yönəltmək lazımdır. İnanıram ki, tezliklə Bakıda görüşəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30