11 May 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”
“Qalib gəlmək üçün ölməlisən”
"Sumqayıt"ın futbolçusu mükafatlandırıldı

Ölkə futbolu

"Neftçi" "Alanyaspor"u məğlub etdi

"Neftçi" bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Roman Qriqorçukun çalışdırdığı "ağ-qaralar" Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb.
 
Matç "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 14-cü dəqiqədə Höcət Haqverdi açıb. Emin Mahmudov 45-ci dəqiqədə hesabı 2:0 edib. 51-ci dəqiqədə Veysel Karani Ünalın qolu ilə "Alanyaspor" hesab arasındakı fərqi azaldıb. 64-cü dəqiqədə Yuri Matias matçda son nöqtəni qoyub.
 
Qeyd edək ki, "Neftçi” Türkiyədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31