15 Mart 2026, Bazar günü
"Qarabağ" "Zirə"yə qalib gəldi
Andrey Demçenkodan qələbə şərhi
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

Millimizin üzvü AFFA-nın mükafatları kəsdiyini etiraf etdi (ÖZƏL)

Dünən Sportal.az saytında 21 yaşadək futbolçulardan ibarət milli komandamıza Norveç üzərində qələbəyə görə vəd olunan mükafatın verilmədiyi barədə xəbər yer almışdı. Məlumatda qeyd olunurdu ki, AFFA rəhbərliyi əvvəlcədən U-21-ə qələbəyə görə 15 min manat mükafat vəd etsə də, həmin pulun cəmi 4 mini verilib.

Futbolxeber.az saytı məsələni dəqiqləşdirmək üçün bəzi milli üzvlərinə müraciət etsə də, adını çəkmək istəmədiyimiz bir neçə yığma üzvü faktı təsdiqləmək üçün özündə cəsarət tapmadı. Amma...Andrey Popoviç istisna olmaqla. Daim səmimi etirafları ilə diqqət çəkən milliləşən ukraynalı bu dəfə də sözün düzünü dedi: "Bəli, bizə hələlik yalnız 4 min veriblər. Amma pulumuz kəsilməyib. Qalan hissəsini də ödəyəcəklər. Sadəcə olaraq, AFFA rəhbərliyi indi ölkə xaricindədir. Belə olan halda pulun qalan hissəsini necə verə bilərlər?"

Təki elə olsun, qalan hissəsini də versinlər. Amma maraqlı məqam odur ki, nəyə görə mükafat komandaya birdəfəlik ödənilməyib? Məgər, 15 min AFFA-dakılar üçün böyük rəqəmdi? Yoxsa, olmaya SOCAR-ın pulu qurtarıb?








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31