24 Sentyabr 2025, Çərşənbə
“Qızıl top”un qalibi müəyyənləşdi
"Neftçi" və "Qarabağ"dan qələbə
“Əliyar Ağayevin qərarı ağır idi”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

"Neftçi"nin loqosunu da dəyişdi

"Neftçi" klubu loqosunu dəyişib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Klubun bununla bağlı paylaşımında deyilir:

- İlk emblemimizdən ilhamlanaraq yaradılan və dövrün tələblərinə uyğun müasirləşdirilən yeni loqomuzu sizə təqdim etməkdən qürur duyuruq!

Ənənəvi ağ-qara fonda hazırladığımız loqoda ilk emblemimizin konturlarından, klubun adının baş hərfi olan “N” hərfi və neft buruqlarından istifadə etdik. Bununla da klubun köklərinə və dəyərlərinə sadiqlik nümayiş etdirdik.

Bu məsuliyyətli, eyni zamanda tarixi prosesdə futbol sahəsindəki məşhur və yaddaqalan imic dəyişikliyi hallarını öyrəndik, bu istiqamətdə ixtisaslaşmış dizaynerlərin işlərini nəzərdən keçirdik. Eləcə də "Neftçi"nin "xalqın komandası" adlandırıldığını və Azərbaycanın ən köklü klubu olduğunu unutmadıq. Təsadüfi deyil ki, yeni sloqanımız da bu iki amili özündə birləşdirir:

İllərin “Neftçi”si

Gələcək nəsillərin “Neftçi”si!

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30