18 Oktyabr 2026, Bazar günü
Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
"Neftçi” qələbəni əldən verdi
“Qarabağ” - “Neftçi”: Hamı stadiona!
Millimiz Çexiyaya məğlub oldu

Ölkə futbolu

"Mükafat və puldan imtina edərəm"

"Bakı"nın futbolçusu Əfran İsmayılovun Azərbaycan Premyer Liqasının beşinci turu çərçivəsində "Neftçi"yə qarşı keçirilən oyunda (3:0) vurduğu qol, sentyabrın ayının ən yaxşısı seçilsə də, bəziləri bunu narazılıqla qarşıladı. Çünki qol sentyabrın ən yaxşı qolu seçildə də, "Bakı" - "Neftçi" matçı avqustun 31-də baş tutmuşdu. PFL isə 5-ci turun sentyabrda bitdiyini əsas gətirərək, Əfranın qolunun qalib seçilməsində problem görməmişdi.

Məsələ ilə bağlı Əfran İsmayılov Futbolxeber.az saytına bunları dedi: "Bu söhbəti mən də eşitmişəm. Təbii ki bu cür söhbətlərin yayılması heç də xoş deyil. Bilirəm ki bu, məni istəməyənlərin işidir. Qazandığım mükafatdan da, puldan da imtina edərəm. Problem yoxdu. Onsuz da ortada hər hansı böyük məbləğdən söhbət getmir. Bu cür mükafatlar biz futbolçular üçün kiçik stimuldur. Mənim üçün əsas olan qazandığım fərdi mükafatlar yox, komandamın uğurudur. Mənim qalib olmağımı həzm edə bilməyənlər, ortaya bu cür söhbətlər buraxılar. Amma onların narazılıqları elə özlərinə qalır".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31