26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Azərbaycanı məğlub etsək..."

“Bu bizim mövsümdə son oyunumuzdur. Bundan sonra bütün futbolçular istirahət edəcək. Ona görə də yaxşı oyun göstərib yaxşı nəticə qazanmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bunu Qırğızıstan millisinin baş məşqçisi Sergey Dvoryankov deyib.
Millimiz sabah ilin son oyununu keçirəcək. Komandamız yoldaşlıq görüşü çərçivəsində Qırğızıstan yığmasının qonağı olacaq. Oyun ərəfəsində təşkil edilən mətbuat konfransında rəqib komandanın çalışdırıcı komandamız haqda xoş sözlər deyib: “Azərbaycan bizim üçün güclü rəqibdir. Avropada zəif komanda yoxdur. Azərbaycan millisi FİFA-nın təqvimində nəzərdə tutulan bütün yoldaşlıq oyunlarını keçirir. Biz yalnız bu il Azərbaycan qədər beynəlxalq matça çıxmışıq. Bizimlə müqayisədə onlar daha təcrübəli və güclüdürlər. Azərbaycan Asiyada oynasaydı, Özbəkistanla birlikdə dünya və qitə çempionatına vəsiqə uğrunda mübarizə aparardı. Onlar burada güclülər sırasında olardı. Azərbaycan Avropada da özündən güclülərdən xal alır. Asiyada inkişaf üçün belə imkan yoxdur. Çünki yalnız güclülərlə oynaya-oynaya tərəqqiyə nail olmaq mümkündür. Bu komandanı məğlub etsək, sensasiya sayılacaq. Avropa təmsilçisi ilə oynamaq bizim xeyrimizədir. Bəzi futbolçularımız ilk dəfə belə imkan qazanacaq”.
Dvoryankov heyətdəki itkilərdən və nəticə haqqında da fikirlərini bildirib: “Azərbaycanla oyunu bəzi futbolçular zədə səbəbindən buraxacaq. Ölkə xaricində çıxış edən futbolçular da heyətdə olacaq. Ümumilikdə götürəndə isə heyəti optimal saymaq olar. Gələn ilin mayında Asiya çempionatının seçmə mərhələsində güvənə biləcəyim bütün oyunçular sərəncamımdadır. Azərbaycan tərəfi də meydançanın vəziyyətindən narazıdır. Çünki texnikalı, topla oyuna üstünlük verən komandalar üçün bu amil vacibdir. Hər iki komanda üçün asan olmayacaq. Nəticə haqda nəsə deyə bilmərəm. Yəqin ki, yoldaşlıq oyununa uyğun hesab olacaq. Bizim əsas heyətdə 11 oyunçumuz var. Problemimiz də odur ki, onları əvəzləyə biləcək “11-lik” yoxdur”.
Rusiyalı mütəxəssis millimizin son oyunlarından xəbərdar olduğunu söyləyib: “Təbii ki, qələbə qazanmaq istərdik. Amma bizim üçün əsas təcrübədir. Özüm rusiyalıyam. Millinizin ruslarla oyununu izlədim. Həmin matçda Rusiya daha pis təsir bağışladı. Estoniyaya uduzduğunuzu da bilirəm. Bildiyimə görə, Tallinə əsas heyətlə yollana bilməmişdiniz. Fikrimcə, bizim futbolçular sabah Azərbaycanla görüşdə stress atacaqlar”
Dvoryankov komandasının güclü rəqiblə matça hazır olduğunu bildirib: “Bizim üçün bu oyun böyük sınaqdır. Asiya komandaları ilə oynamaq daha asan olur. Qarşılaşmaya kifayət qədər köklənmişik. Futbolçularımız artıq matça tam hazırdır. Onlar özlərini yaxşı tərəfdən göstərib digər klubların maraq dairəsinə düşmək imkanı qazanacaq. Son 19 gündə kifayət qədər çox oyun keçirdiyimizdən futbolçuların fiziki durumu yaxşı səviyyədə deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30