2 Avqust 2025, Şənbə
Elmar Baxşıyevin möhürü
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”
“Zirə” avrokuboklarla vidalaşdı

Ölkə futbolu

Aftandil Hacıyev: “İndi millidə həmin mövqedə qıtlıqdır”

“Yoldaşlıq görüşü idi. Arif Əsədov müvəqqəti komandaya rəhbərlik edir. Bundan qabaqkı yoldaşlıq görüşlərinə də millini o çıxarmışdı. Yığma komandamızın oyununda dəyişiklik hiss olunmur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ” Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyev milli komandamızın Albaniyaya qarşı keçirdiyi yoxlama görüşü (1:3) barədə danışarkən deyib.

Mütəxəssis indiki məqamda milli üzvlərini oyuna kökləməyin çətin olduğunu bildirib: “Qısa müddətdir toplaşıblar. Bəzi futbolçuların klublarında forma şansı qazanmadıqları sezilirdi. Üstəlik, mövsümün sonudur, yorğunçuluq var, bəzi oyunçular istirahət barədə düşünürlər deyə yoxlama oyununa kökləmək alınmır. Amma bu, millimiz üçün lazımlı qarşılaşma idi. Düşünürəm ki, komanda gələcəkdə bu matçın xeyrini görəcək”.

Millimizin baş məşqçi əvəzi Arif Əsədov Albaniya ilə matçda müdafiənin sağ cinahda daha çox mərkəz müdafiəçisi kimi tanıdığımız Rahil Məmmədova şans vermişdi. A.Hacıyev bu məqama da toxunub: “İlk növbədə bilmək lazımdır ki, məşqçinin istəyi nədir. Belə üslubda oynayan komandalar var. 3 mərkəz müdafiəçisi ilə oyun qurduqda fərqli varinatlardan istifadə edilir. Mənim bəyəndiyim fərqli ola bilər. Amma məsələ ondadır ki, bu gün sağ cinah müdafiəçisi mövqeyində barmaqla sayılacaq qədər oyunçumuz var. Halbuki milliyə həmin mövqedə əvvəllər daha çox potensial namizədlər olurdu. İndi isə bir qədər qıtlıqdır, namizədlər Qismətdir, Amindir. Onlar da əvvəlki tipik sağ cinah müdafiəçiləri kimi deyillər. Biz gördüyümüz hücumameyilli sağ cinah müdafiəçilərini nəzərdə tuturam. Ümumilikdə isə Rahilin, Qismətin, Aminin hər biri milliyə layiq oyunçulardır”.

Fərəc ASLANOV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31