29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

13 turun ən yaxşıları bəllidi

Azərbaycan Premyer Liqasında 13-cü turun rəmzi komandası məlumdur. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyinə aşağıdakı futbolçular daxildir:

Qapıçı: Giorgi Lomaya (İnter)

Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Alvarez Abrante (Bakı), Denis Silva (Neftçi), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər: Etame Mbilla (Xəzər Lənkəran), Lukas Mario Horvat (Bakı), Rəşad Sadiqov (Neftçi), Araz Abdullayev (Neftçi)

Hücumçular: Cavid İmamverdiyev (Neftçi), Viktor İqbekoyi (AZAL)

Bədavi Hüseynov (Qarabağ) ən çox dəqiq ötürmə verən, Pərdis Fərcad-Azad (Sumqayıt) isə qapıya ən çox dəqiq zərbə endirən futbolçudur. Hava mübarizələrində Junior Nildo (Xəzər Lənkəran), rəqibdən top almaqda isə Şəhriyar Rəhimov (AZAL) hamıdan uğurlu olub. Nikola Valentiç (Qəbələ) 12 dəfə rəqib ötürmələrinin qarşısını kəsməklə fərqlənib. Ən çox qayda pozuntusuna yol verən Pərdis Fərcad-Azad (Sumqayıt), ən çox qayda pozuntusuna məruz qalan isə Rəşad Sadiqov (Neftçi) və Junior Nildodur (Xəzər Lənkəran).

Azərbaycan Premyer Liqasının 13-cü turunun ən yaxşı oyunçusu isə “İnter”in gürcüstanlı qapıçısı Giorgi Lomaya olub. Qeyd edək ki, cari mövsümdə buna qədər iki dəfə qapıçı Premyer Liqada turun ən yaxşı oyunçusu seçilib. 11-ci turda “Simurq”un qapıçısı Pavel Kapsa, 6-cı turda isə “Qəbələ”nin qapıçısı Dieqo Kosta turun ən yaxşı futbolçusu seçilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31