20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Arif Əsədov: "Belə şey olmayıb, ola da bilməz"

2 gün əvvəl Futbolxeber.az saytında U-19 millimizin baş məşqçisi Arif Əsədovun AFFA-nın baş katibi Elxan Məmmədovun təkidi ilə 2 futbolçunu yığmadan uzaqlaşdırdığı barədə xəbər vermişdik. Bu məlumatı bizə çatdıran mənbə informasiyanın doğruluğuna əmin olduğunu söyləmişdi. Xəbəri dəqiqləşdirmək üçün həmin 2 futbolçudan biri olan "Qarabağ"ın əvəzedici heyətinin kapitanı Nurlan Əhmədovla əlaqə saxlasaq da, gənc müdafiəçi belə bir hal baş vermədiyini qeyd etmişdi. N.Əhmədovun açıqlamasından sonra hadisədə adı çəkilən Arif Əsədovla əlaqə saxlamağa ehtiyac duymadıq.

Əvəzində Arif Əsədov bu gün Futbolxeber.az saytı ilə əlaqə saxlayaraq, hadisəni təkzib etdi. Arif Əsədovun açıqlamasını olduğu kimi təqdim edirik: "Belə şey olmayıb, ola da bilməz. Mən heç vaxt sifarişlə futbolçu götürmürəm. Çünki komandanın baş məşqçisi mənəm və nəticəyə də mən cavabdehəm. Bəli, Nurlanı 1 dəfə milliyə çağırmışam. Seleksiya xarakterli toplanışa. Ancaq həmin vaxt gördüm ki onun kimi Azərbaycanda 50 futbolçu var. Mənim Nurlanın əvəzinə dəvət etdiyim futbolçular da ondan güclüdürlər. Buna əmin ola bilərsiniz".

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30