Ölkə futbolu
Anas Najah: “İnsanlar hansı hakim səhvindən danışırlar?”

“Səbail”in yarımmüdafiəçisi Anas Najahın Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 31-ci turunda “Araz-Naxçıvan”ı məğlub ediniz. 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Bizim üçün bu matçda qalib gəlmək son dərəcə vacib idi. 3 xal qazanaraq avrokuboklara vəsiqə verən yerlər uğrunda daha inamla mübarizə apara biləcəyik. Necə deyərlər, bugünkü missiyanın öhdəsindən gəldik.
- Adətən “Səbail” ilk qolu buraxır, yalnız sonradan toparlanır. Bu dəfə isə əksinə oldu. Demək olar ki, hesabı açan tərəf olmağınız qələbədə böyük rol oynadı?
- Bu sualı cavablandırmaq mənə görə bir qədər çətindir. Bu oyunda hesabı erkən dəqiqələrdə açmaq üçün çoxsaylı şanslar yarada bildik. Düşünürəm ki, baş məşqçinin tapşırıqlarını düzgün şəkildə icra etməyi bacardıq. 90 dəqiqə matçda dominantlığımızı göstərdik. Təbii ki, hesabı açan tərəf olmaq daha yaxşıdır.
- İkinci hissənin əvvəlində sanki çox qapanmışdız. Bu, baş məşqçinin tapşırığı idi ki, rəqibi əks hücumda yaxalayasınız?
- Ümumilikdə baş məşqçimiz bizi "Araz-Naxçıvan"la matça yaxşı kökləyə bilmişdi. Taktiki və fiziki olaraq bu qarşılaşmaya tam hazır idik. Meydanda bunu sübut edib hücumlar zamanı bacardığımızı nümayiş etdirirdik. İkinci hissədə meydana əvəzetmədən daxil olan komanda yoldaşlarımız da bizə xeyli kömək oldu.
- 42 xalla altıncı yerdəsiniz. Sona 5 tur qalmış avrokubok şansını necə dəyərləndirirsiniz?
- Mənə görə, biz hələ də şanslarımızı saxlamışıq. Turnir cədvəlində bizdən yuxarı pillələrdə qərarlaşan bütün komandalara qarşı mübarizə aparırıq. Mənimçün "Araz-Naxçıvan" üzərində qalibiyyət avrokuboklara vəsiqə vermək baxımından ideal motivasiya oldu. Biz həm "Zirə", həm "Sumqayıt", həm də "Neftçi" ilə oyunlarda bu nailiyyəti təkrarlamaq istəyirik. Bugünkü kimi oynasaq, mentallığımızı komanda formasında qorusaq, ən yaxşısını qazanacağıq.
- Bəzən belə fikirlər səslənir ki, hakimlər “Səbail”ə kömək edir. Buna münasibətiniz?
- Qətiyyən razı deyiləm. Azərbaycan çempionatında video təkrar (VAR) texnologiyası mövcuddur. İlk vurduğumuz qola baxın. Həmin epizod şübhəsiz penalti idi. 2-ci qol da cərimə zərbəsindən tam qaydalara uyğun vurulub. Hansı yanlış qərardan söhbət gedə bilər? Siz hansısa qərarın yanlış olduğunu deyə bilərsiniz? (gülür) Mən də bu barədə nəsə deyə bilmərəm. Biz məntiqsiz, qaydalara zidd heç bir addım atmamışıq. Çalışmalıyıq ki, çoxsaylı vərəqələr almayaq. Anlaya bilmirəm ki, insanlar hansı hakim səhvindən danışırlar?
- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Avrokuboklar baxımından bu matçın "Səbail" üçün həyati əhəmiyyət daşıdığını söyləmək olar?
- Artıq onlarla 3 dəfə qarşılaşmışıq. Hər matçda bu rəqibə qarşı başa-baş mübarizə aparırıq. Ümidlərim böyükdür. Meydana yalnız 3 xal qazanmaq üçün çıxacağıq.
- Mövsümün sonunda “Səbail”lə müqaviləniz bitir. Artıq gələcəyinizlə bağlı qərar qəbul etmisiniz?
- Bu gözəl suala görə təşəkkür edirəm. Amma məndən yox, idman direktorundan bunu soruşsanız, daha yaxşı olar. Mənə görə "Səbail" bir ailədir. Burada olmaq, bu komandanın uğurları üçün mübarizə aparmaq xoş hisslərdir. Niderlanddan bu kluba oynamağa gələndə "Səbail"də hər bir şəxs məni çox istiqanlı, səmimi qarşıladı. Bütün komanda yoldaşlarımla münasibətim yaxşıdır. Hazırda çempionatın sona çatmağını gözləyirəm. Daha 3 oyunda qələbə qazanıb, avrokuboklarda çıxış etmək istəyirəm. Gedişatı zaman göstərəcək.
Azad NURİYEV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- “Neftçi” hazırlığa start verdi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
23:55
Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
-
23:55
Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
-
23:03
Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
-
22:38
"Araz-Naxçıvan"dan əzmkar qələbə VİDEO
-
22:29
"Aris"in baş məşqçisi: "Cavab matçı tamamilə fərqli oyun olacaq" - "Aris"in baş məşqçisi
-
21:57
"Araz-Naxçıvan" avrokuboklarda debütunu qələbə ilə qeyd etdi
-
18:41
"Kəpəz" növbəti transferini açıqladı
-
18:00
"İmişli" iki futbolçusu ilə vidalaşıb
-
17:32
Abdullazadə rəsmən “Varazdin”də
-
16:56
“Araz-Naxçıvan” - “Aris” oyununa nə qədər bilet satılıb?
-
16:15
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
15:47
Azərbaycan cüdoçusu erməni rəqibinə ipponla qalib gəlib
-
15:24
"Milan" ekvadorlu müafiəçi ilə 5 illik müqavilə imzaladı
-
15:08
"Gəncə"də yeni libero
-
14:51
"Neftçi" ukraynalı mütəxəssisə tapşırıdı
-
14:33
"Səbail" bombardiri transfer etdi
-
14:19
Qubada region məşqçiləri üçün seminar təşkil olunub
-
13:42
Rövlan Muradov: “Zərbəni vuranda ani qərar qəbul etdim, bunu məşqlərdə də edirəm”
-
13:26
“Şelburn”un kapitanı: “Mənasız qollar buraxmamalı idik”
-
13:05
Azərbaycan idmançıları Universiada bu gün üç növdə mübarizə aparacaqlar
-
12:38
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri müəyyənləşib
-
12:17
Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
-
11:51
"Turan Tovuz"dan ayrılan hücumçu Qırğızıstan klubunda
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:09
Millimizin üzvü Şimali Makedoniya klubu ilə anlaşdı
-
10:43
"Fənərbaxça" "Əl-İttihad"ı məğlub etdi VİDEO
-
10:32
“Şelburn"un baş məşqçisi: “Bəlkə də "Qarabağ"a normadan çox hörmət etdik”
-
10:16
Tiaqo Silva: “Xorvatiyaya qələbə üçün yollanacağıq”
-
09:45
"Qarabağ"ın Dublin zəfəri VİDEO
-
09:28
Qurban Qurbanov: “3:0 hesabını unutmalıyıq”
-
00:37
"Qarabağ" darmadağınla başladı
-
00:01
"Zirə" "Hayduk"la bərabərə qaldı VİDEO
-
23:55
"Araz-Naxçıvan" "Aris"lə oyuna hazırdır FOTOLENT
-
22:49
Rəşad Sadıqov: "Qələbəyə yaxın tərəf biz idik"
-
22:30
"Hayduk"un baş məşqçisi: "Zirə" çox təhlükəli rəqibdir"
-
22:17
Kristian Kostinin "Neftçi"dəki ilk günü VİDEO
-
21:24
"Zirə" qələbəni əldən verdi
-
21:02
"Sumqayıt" "İmişli" ilə bərabərə qaldı
-
20:53
Elmar Baxşıyev: “Daha artığını etməyə gücümüz var”
-
20:16
“Bizi “Aris”lə ağır oyun gözləyir”
-
19:31
“Sumqayıt” “Fakel”in müdafiəçisini transfer etdi
-
18:27
"Atletiko" İspaniya millisinin üzvünü transfer etdi
-
18:08
Azərbaycan taekvondoçusu erməni rəqibinə qalib gəlib
-
17:49
"Qarabağ"da bugünkü oyunu ciddi itki ilə çıxacaq
-
16:15
Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak edəcəklər
-
15:34
"Şelburn"un baş məşqçisi: "Kağız üzərində favorit "Qarabağ"dır"
-
15:00
Del Pyeronun oğlu D Seriyası klubunda
-
14:22
“Sumqayıt” İliçin rəhbərliyi altında ilk oyununa çıxır
-
13:56
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
13:33
“Zirə” - “Hayduk” oyununa nə qədər bilet satılıb?
24.07.2025
23.07.2025













