20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Neftçi"nin vaxtı uzatmasını şərh etmək mənim işim deyil" (Müsahibə)

"BAKI"DA MALİYYƏ PROBLEMİ YOXDUR"

"Bakı"nın futbolçusu Risto Ristoviç Futbolxeber.az saytına müsahibə verib.

- "Neftçi"yə 1:2 hesabı ilə uduzduğunuz oyun barədə nə deyə bilərsən?

- Həmin gün biz çox yaxşı oynadıq. Sona kimi mübarizə aparsaq da, təəssüf ki uduzduq. Bu futboldur, belə hallar olur. Həmin gün daha yaxşı görünən komanda qələbə qazana bilmədi.

- Deyirsən ki "Bakı" "Neftçi"dən daha yaxşı oynadı. Amma fakt budur ki 63 dəqiqə azlıqda oynayan komandaya uduzduz...

- Düzdür, rəqib ilk yarıda azlıqda qaldı. Amma dediyim kimi, bu futboldur. Əvvəlcədən nəyisə demək qeyri-mümkündü. Biz "Neftçi"ni məğlub etmək üçün əlimizdən gələni etdik. Sadəcə olaraq, bəxt bizim tərəfimizdə deyildi. 

- İlk yarıda sənin özünün də fərqlənmək üçün yaxşı şansın oldu...

- Hə, qapıçı ilə demək olar ki təkbətək çıxmışdım. Amma heyf ki, şansımı qaçırdım. Həmin epizodda qol vura bilmədiyim üçün indi də çox təəssüflənirəm. Halbuki o epizodda topu qapıdan keçirə bilsəydim, nəticə tam fərqli ola bilərdi.

- Oyundan sonra paltardəyişmə otağında Milinko Pantiç yenilgi haqda nə dedi?

- Hamı kimi o da yenilgiyə görə təəssüflənirdi. Layiq olmadığımız halda, uduzmağımız bütün komandaya pis təsir etmişdi.

- Mətbuat konfransında baş məşqçiniz rəqib futbolçuların vaxtı uzatmasından şikayətləndi. Sən bu haqda nə deyə bilərsən?

- Mən bu haqda danışmaq istəmirəm.

- Nəyə görə? Pantiçin fikirlərinə qatılmırsan?

- Bu mənim işim deyil.

- 13 turdan sonra 4-cü pillədə qərarlaşan "Bakı" liderdən 10 xal geri qalır. Səncə, "Bakı"nın çempionluq şansı hələ də qalır?

- Əlbəttə. "Bakı" böyük klubdur. Şansımız da hələ var. Sona kimi mübarizə aparacağıq. ƏIimizdən gələni edib, maksimum gücümüzü ortaya qoyacağıq ki istəyimizə çataq.

- Bir müddət əvvəl səninlə danışanda meydana çıxmadığın üçün yanvarda klubu tərk edə biləcəyini istisna etməmişdin. Amma indi vəziyyət dəyişib. Son oyunlarda mütəmadi olaraq meydana çıxırsan. Bu səbəbdən də komandada qalacağını söyləmək olar?

- İndidən bu haqda nəsə danışmaq olmaz. Hər şeyi zaman göstərəcək. Amma "Bakı"da hər şeyi məni qane edir. Mən özüm də komandada qalmaq istəyirəm.

- Son zamanlar mətbuatda "Bakı"da maliyyə problemləri olduğu haqda xəbərlər dolaşır. Deyilənə görə, futbolçular 2 aydı maaş almırlar. Həqiqətənmi belədir?

- Yox, bu həqiqəti əks etdirmir. Bayaq da dediyim kimi, "Bakı" böyük klubdur və hər hansı maliyyə problemindən söhbət gedə bilməz. Hər şey qaydasındadır və maaşlarımızı da vaxtı-vaxtı alırıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30