19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rail çalışır, Niasse qayıdır, Ürfan isə...

Premyer Liqanın XIII turu çərçivəsində keçirilən "Xəzər-Lənkəran" - "Qəbələ" (0:0) matçı "qırmızı-qaralar"ın 2 futbolçusunun - İbrahima Niasse və Ürfan Abbasovun zədələnməsi və bu səbəbdən oyunu davam etdirə bilməməsi ilə yadda qaldı. Futbolxeber.az-ın məlumatına görə, matçın ardından müayinədən keçən futbolçuların durumuna aydınlıq gəlib. Bu barədə gabalafc.az-a məlumat verən komandanın həkim-fizioterapevti Rahim Məhərrəmov Niassenin zədəsinin yüngül olduğunu, amma Ürfan Abbasovun bir müddət yaşıl meydanlardan kənar qalacağını söyləyib. Məhərrəmov bərpa prosesi keçən digər zədəlilərin də durumuna aydınlıq gətirib: "Müayinələrdən sonra məlum oldu ki, Niassenin zədəsi yüngüldür. O, növbəti oyunda iştirak edə bilər. Amma Ürfan Abbasovun durumu ciddidir. Onun topuq bağları qopub. Abbasov 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Əməliyyata ehtiyac olmasa da, bərpa prosesi bir ay çəkəcək. Omar Kalabane və Abdulvahid Afolabinin zədələri artıq sağalıb. Rail Məlikovun bərpa prosesi isə davam edir. O, fərdi çalışmalarla məşğul olur".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30