Ölkə futbolu
Rəşad Sadıqov: “Bu gün iki xal itirdiyimizi desəm, ədalətsizlik olar”

“Olduqca gərgin və stresli bir oyun idi. Hər iki komanda qələbə qazanmaq, məğlub olmamaq istəyirdi. Hamı başa düşürdü ki, burda qazanılacaq qələbə kimisə önə çəkə bilər, məğlubiyyət isə geri salacaq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sumqayıt”a qarşı keçirilən oyundan sonra deyib.
Təcrübəli mütəxəssis qolsuz yekunlaşan görüşü belə şərh edib: “Sumqayıt” yaxşı formadadır. Bu gün çox yaxşı komandaya qarşı mübarizə aparırdıq. Futbolçularıma apardıqları mübarizəyə görə təşəkkür edirəm. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Eləcə də hər iki komanda son saniyələrə qədər qələbə qazanmaq istəyirdi. Bəlkə də ədalətli nəticə elə heç-heçə idi. Bu gün meydanda müasir futbol gedirdi. Belə oyunlar çempionatımızın, futbolumuzun keyfiyyətini artıracaq. Bir qədər yorğunluq var idi. Bununla belə, komandam əzmkar oynadı. Qarşıda maraqlı qarşılaşmalar olacaq. Hər matç önəmlidir. Getdikcə gərginlik artır. Tək futbolda yox, bəzən elə olur ki, həyatımızdakı hansısa maraqlı prosesin bitməsini istəmirik. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda sevinən tərəf biz olaq”.
R.Sadıqov hədəflərinin Konfrans Liqasına vəsiqə qazanmaq olduğunu söyləyib: “Rəhbərliyin də, özümüzün də qarşımıza qoyduğumuz hədəf budur. Lakin imkan varsa, daha yüksək yerlər, medallar uğrunda mübarizə aparacağıq. Əminəm ki, bu gün avrokuboklar uğrunda mübarizə aparan hər komanda düşünür ki, yekunda ikinci yeri tuta bilər. Bizim də şansımız var. Əlimizdən gələni edəcəyik. Bu heç-heçə sayəsində “Sumqayıt”la şəxsi oyunlardakı üstünlüyümüzü qoruduq. Bu gün iki xal itirdiyimizi desəm, ədalətsizlik olar”.
Bu günlərdə ATV kanalında yayımlanan əyləncəli proqramda qonaq olarkən Rəşad Sadıqov “Zirə” ilə bağlı suala “Ürək”, “Neftçi”yə isə “Ağ-qara” demişdi. Mətbuat konfransında o, bu barədə sualı belə cavablandırıb: “Orda suallar tez-tez verilirdi, həm də eyni cavabı ikinci dəfə demək olmazdı. “Zirə”nin adı ilk çəkildi, mən də ürək dedim. “Neftçi” soruşulduqda isə ilk ağlıma ağ-qara gəldi. Ağ və qara mənim sevimli rənglərimdir, bunu hamı bilir. Geyimlərimdə də əsasən bu rənglər üstünlük təşkil edir. Uşaqlıqdan belədir. Ağ-qaraya dəyər verirəm”.
Sadıqov son günlər adının “Neftçi” ilə hallanmasına da toxunub: “Hər bir məşqçi istər ki, “Neftçi”də, “Qarabağ”da, millidə çalışsın. “Neftçi” təbii ki, mənə əzizdir. İlk addımları orda atmışam, tanınmışam. Daha sonra karyeramın parlaq hissəsi “Qarabağ”da keçib. Eləcə də 17 il mllidə oynamışam. Hər üçü mənim üçün doğmadır. Sabah “Neftçi”də də məşqçi ola bilərəm, “Qarabağ”da da. Ola bilər ki, ümumiyyətlə bu klubların heç birində işləməyim. İstəyim ölkə xaricində məşqçi kimi çalışmaqdır. Gücümü daha güclü çempionatlarda sınamaq istərdim. “Neftçi”dən mənə heç bir təklif gəlməyib, aramızda hər hansı danışıq polmayıb. Bütün fikrim hazırda “Zirə”dir. Həm də indi belə periodda dəvət də gəlməz. “Neftçi”nin də hazırda baş məşqçisi var, uğurlar arzu edirəm ona. Məşqçi fəaliyyəti bir qədər fərqlidir. Futbolçu kimi tanınmış klublarda oynamağı çox tez istəyirdim. Amma indi elə deyil. İlk növbədə düşünməlisən ki, bacararam, bacarmaram, komandaya xeyir verə bilərəmmi. Xeyir verməyəndən sonra işləmərəm”.
O, yayda “Zirə” ilə 2 illik müqavilə imzaladığını xatırladıb: “Hazırda şəxsi həyatım belə kənarda qalıb. Gecə-gündüz yalnız oyunları düşünür, rəqibləri analiz edirik. Yayda “Zirə” ilə 2 illik müqavilə imzaladıq. Lakin mövsüm başa çatdıqdan sonra yenidən müzakirəmiz olacaq. İşimizi təhlil edəcəyik. Mən vəzifə xəstəsi deyiləm. Görsəm ki, bu gün komandaya xeyir vermirəm, dərhal vəzifəmdən ayrılaram”.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
-
18:23
“Qəbələ”dən “Baku Sporting”ə
-
17:59
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
-
17:12
İsgəndərli baş məşqçisiz qaldı
-
16:37
“Sumqayıt” yeni tərəfdaşlıq müqaviləsi imzalayıb FOTOLENT
-
15:40
“Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
-
15:24
"Neftçi" Alfa Konte ilə vidalaşdı
-
14:58
Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesinə start verilib
-
14:35
Elvin Yunuszadə bu kluba keçdi
-
14:16
Rahil Məmmədo rəsmən “Araz-Naxçıvan”da
-
14:03
Pirlonun yeni iş yeri məlum oldu
-
13:52
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni medalsız başa vurublar
-
12:41
I Liqa təmsilçisi 3 futbolçu ilə yolları ayırıb
-
12:27
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
-
11:59
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
11:38
Həmyerlimizin komandasından avrokuboklarda uğurlu debüt
-
11:14
"Sumqayıt"ın rəqibləri müəyyənləşib
-
11:00
Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
-
10:46
Zamiq oynadı, komandası “Dinamo”ya qalib gəldi
-
10:25
Hüseynov avrokubok oyununda 90 dəqiqə meydanda oldu
-
10:13
Arda Turanın “Şaxtyor”u səfərdə "Beşiktaş"a 4 qol vurdu VİDEO
-
09:52
Patrik Andrade: “Qələbəyə layiq idik”
-
09:31
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
-
23:55
Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
-
23:03
Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
-
22:38
"Araz-Naxçıvan"dan əzmkar qələbə VİDEO
-
22:29
"Aris"in baş məşqçisi: "Cavab matçı tamamilə fərqli oyun olacaq" - "Aris"in baş məşqçisi
-
21:57
"Araz-Naxçıvan" avrokuboklarda debütunu qələbə ilə qeyd etdi
-
18:41
"Kəpəz" növbəti transferini açıqladı
-
18:00
"İmişli" iki futbolçusu ilə vidalaşıb
-
17:32
Abdullazadə rəsmən “Varazdin”də
-
16:56
“Araz-Naxçıvan” - “Aris” oyununa nə qədər bilet satılıb?
-
16:15
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
15:47
Azərbaycan cüdoçusu erməni rəqibinə ipponla qalib gəlib
-
15:24
"Milan" ekvadorlu müafiəçi ilə 5 illik müqavilə imzaladı
-
15:08
"Gəncə"də yeni libero
-
14:51
"Neftçi" ukraynalı mütəxəssisə tapşırıdı
-
14:33
"Səbail" bombardiri transfer etdi
-
14:19
Qubada region məşqçiləri üçün seminar təşkil olunub
-
13:42
Rövlan Muradov: “Zərbəni vuranda ani qərar qəbul etdim, bunu məşqlərdə də edirəm”
-
13:26
“Şelburn”un kapitanı: “Mənasız qollar buraxmamalı idik”
-
13:05
Azərbaycan idmançıları Universiada bu gün üç növdə mübarizə aparacaqlar
-
12:38
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri müəyyənləşib
-
12:17
Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
-
11:51
"Turan Tovuz"dan ayrılan hücumçu Qırğızıstan klubunda
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:09
Millimizin üzvü Şimali Makedoniya klubu ilə anlaşdı
-
10:43
"Fənərbaxça" "Əl-İttihad"ı məğlub etdi VİDEO
-
10:32
“Şelburn"un baş məşqçisi: “Bəlkə də "Qarabağ"a normadan çox hörmət etdik”
-
10:16
Tiaqo Silva: “Xorvatiyaya qələbə üçün yollanacağıq”
-
09:45
"Qarabağ"ın Dublin zəfəri VİDEO
25.07.2025
24.07.2025













