19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Bakı"nın futbolçusu 3, "Neftçi"nin üzvü 4 oyunluq cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə toplantıda aşağıdakı qərarlar qəbul edilib:

Əvəzedici heyətlərin XIII turunun AZAL -  “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XIII turunun “Neftçi” –  “Bakı” oyununun 39-cu dəqiqəsində “Bakı” klubunun 5 №-li futbolçusu Vüqar Mustafayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 42.1).

Oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 23 №-li futbolçusu Orxan Bəşirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

Azərbaycan I Divizionunun IX turunun “Neftçala” – “Ağsu” matçında “Ağsu” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun IX turunun “Araz Naxçıvan” – “Bakılı” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun IX turunun “Turan-T” – “Şuşa” matçının 89-cu dəqiqəsində “Şuşa” klubunun 25 №-li futbolçusu Fransis Boadi kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

Azərbaycan I Divizionunun IX  turunun “Karvan” – “Lokomotiv” matçında “Karvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionuunn IX  turunun “Göyəzən” – “Şahdağ” matçının 63-cü dəqiqəsində “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30