Ölkə futbolu
“Sumqayıt”ın kapitanı azarkeşlərə səsləndi: “Zirə” ilə oyunda bizi tək qoymasınlar”

“Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 29-cu turunda “Neftçi” səfərində 1 xal qazandınız. Bu heç-heçəni necə dəyərləndirirsiniz?
- Oyunun mahiyyətini bilirdik. Əsas rəqiblərimizdən biri ilə qarşılaşırdıq. Könül istərdi ki, qələbə qazanaq. Yekunda heç-heçə ilə kifayətləndik. Həmin matçdakı səhvləri analiz edib, növbəti oyuna daha yaxşı hazırlaşmalıyıq.
- Matçın gedişində öndə olsanız da, yekunda heç-heçə ilə kifayətləndiniz. Qələbə hesabını qorumaq üçün nə çatışmadı?
- Bərabər səviyyədə oyun gedirdi. Rəqibdə də, bizdə qol epizodları olmuşdu. Amma biz 1:0-da 100 faizlik şanslarımızdan istifadə etsəydik, meydandan daha yaxşı nəticə ilə ayrılardıq. Təəssüf ki, alınmadı.
- Oyundan əvvəl məlum idi ki, “Zirə” artıq turnir cədvəlində sizi geridə qoyub, ikinci pilləyə yüksəlib. Bu məqam çıxışınıza nə dərəcədə təsir etdi?
- Düzdür, nəticədən xəbərdardıq. Lakin biz rəqiblərimizin oyununa baxmırıq. Çünki əsas öz oyunumuzdur. Azarkeşlərə təşəkkür edirəm. Bizə əla dəstək oldular. İnanıram ki, “Zirə” ilə matçda onları sevindirəcəyik.
- Matçdan sonra əsas müzakirə mövzusu hakimlik oldu...
- Hakimlik barədə çox danışmaq istəmirəm. Yalnız onu deyim ki, penalti epizodunda mən rəqib oyunçunu görmürdüm. Yəni onun ayağını qəsdən tapdalamadım. Amma hakim penalti təyin etdi. Başqa çempionatda bu epizodda penalti verərdilər, verməzdilər, bu, müzakirə mövzusudur. İstənilən halda ilk növbədə səhvi özümüzdə axtarmalıyıq. Bayaq da dediyim kimi, vaxtında ikinci qol vursaydıq, hər şey fərqli olardı.
- Uzun müddətli zədədən sonra ilk dəfə “Neftçi” ilə görüşdə start heyətində meydana çıxdınız. Öz oyununuzdan nə dərəcədə razı qaldınız?
- Fiziki olaraq bəlkə də 100 faiz formada deyiləm. Amma çalışdım, əlimdən gələni edim ki, komandama kömək olum. Performansımı daha da yaxşılaşdırmalıyam. Mövsümü yaxşı formada başa vurmaq istəyirəm.
- Bayaq azarkeşləri qeyd etdiniz. Qarşıdan “Zirə” ilə ev oyunu gəlir və turnir cədvəli baxımından bu matç “Sumqayıt” üçün çox vacibdir. Mühüm oyun öncəsi azarkeşlərə nə demək istərdiniz?
- Stadiondakı ilk matçda “Neftçi”yə qalib gəldik, sonra heç-heçə, məğlubiyyət oldu. Bəlkə də bu nəticədən sonra azarkeşlərdə inciklik yaranıb. Lakin mən onlara səslənirəm, “Zirə” ilə oyunda bizə dəstək olsunlar, komandanı tək qoymasınlar. Çünki bu matç bizim üçün çox vacibdir. Ümumilikdə isə mövsümün sonuna 7 tur qalıb və hər matç mühüm əhəmiyyət kəsb edir. Yekunda nəticə qazanmaq istəyiriksə, bu oyunlardan bərk yapışmalıyıq. Azarkeşlərin dəstəyinə ehtiyacımız var.
- Bu gün çempionatda 6-7 komanda medallar, avrokuboklar uğrunda mübarizə aparır. Necə düşünürsünüz, bu mübarizədə hansı amil həlledici olacaq?
- Öz komandamız barədə onu deyə bilərəm ki, ilk növbədə rəqibləri kənara qoyub, öz oyunumuzu düşünməliyik. Biz maksimum nəticə göstərsək, sonda üzü gülən tərəf olarıq.
- Mövsümün əvvəlində çoxları “Sumqayıt”ın sona 7 tur qalmış ikinci pillədən 2, üçüncü yerdən isə cəmi 1 xal geri qalmaqla dördüncü pillədə olacağını, medallar, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını proqnozlaşdırmırdı. Hətta klub tarixində rekord da yeniləndi. Bütün bu məqamlar komandanın üzərində əlavə basqı, təzyiq yaratmır?
- Turnir cədvəlində vəziyyət elədir ki, bu gün ikinci yerdəsən, bir oyun uduzsan, 5-6-cı yerlərə düşə bilərsən. Yaxud əksinə. Bax bu məqam təzyiq yaradır. Ola bilər ki, bir qədər hazırkı mövqeyi itirmək qorxusu olsun. Amma bütün təzyiqlərin öhdəsindən gəlib, son 7 turda yaxşı çıxış etməliyik. Çünki mövsüm boyu çəkilən əziyyətin yekunu məhz sonda qazanacağımız nəticədir.
İbrahim CƏFƏROV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
-
20:09
Filipinyo “Araz-Naxçıvan”da
-
19:46
“Everton”u yapon futbolçu ilə maraqlanır
-
19:24
Tahir Gözel: “Hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik”
-
18:57
Sabiq “Sumqayıt”lı ölkəsinə qayıtdı
-
18:32
“Səbail” “Araz-Naxçıvan”ın qapıçısını transfer etdi
-
18:11
Salifu Suma: “Malmö”də olmaq mənim üçün çox önəmlidir”
-
18:00
“Milan” “Brügge”yə yeni təklif göndərdi
-
17:28
Adli Premyer Liqa klubunun hədəfində
-
16:15
"Anderlext"dən "Araz-Naxçıvan"a
-
15:53
“Turan Tovuz” sabah Türkiyə klubu ilə qarşılaşacaq
-
15:39
Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalandı
-
15:24
“Mançester Siti” sabiq qapıçısını geri qaytarır
-
14:47
Navas Meksika klubu ilə müqavilə imzaladı
-
14:06
"Kəpəz" legioneri ilə vidalaşdı
-
13:52
Sumanın gedişi rəsmən açıqlandı
-
13:18
Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar
-
12:35
Keniya yığmasının üzvü Azərbaycan klubunda
-
11:41
Millimizin Fransa və İslandiya ilə oyunlarının yeri bilindi
-
11:03
Boksçularımız Avropa birinciliyini 22 medalla başa vurublar
-
10:29
Hüseynov oynadı, komandası 1 xal qazandı
-
10:17
“Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
-
09:54
Sabiq "Sumqayıt"lı Qazaxıstan klubunda
-
09:30
Coşqun Diniyev Türkiyə klubundan ayrılıb
-
22:51
Kaxaber Sxadadzedən qələbə şərhi
-
21:47
İliç: “Adi vəziyyətlərdə səhvlər etdik”
-
20:25
"Qəbələ" "Sumqayıt"a qalib gəldi
-
19:32
"Neftçi"nin oyunu ləğv olundu
-
16:13
“Səbail”i Tunis klubuna dəyişdi
-
15:08
"Qarabağ"ın yeni transferi: "Möhtəşəm qələbə ilə başladıq"
-
11:49
"Karvan"dan növbəti transfer
-
11:26
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:54
"Neftçi" Yunanıstan klubuna qarşı
-
10:31
"Qalatasaray"dan 3 qollu qələbə VİDEO
-
10:17
Adil Şükürov böyükhesablı məğlubiyyəti
-
10:00
"Benfika" - "Fənərbaxça" matçında 5 qol VİDEO
-
23:04
"Səbail" növbəti transferini reallaşdırdı
-
22:25
"Neftçi"nin ÇL-dəki oyununun hakimləri müəyyənləşib
-
21:43
Filip Ozobiç yenidən Azərbaycanda
-
20:31
“Şamaxı” “Kəpəz”ə 6 qol vurdu
-
18:18
Kenan Piriç rəsmən “Neftçi”də
-
16:59
Vadim Abdullayev "Karvan"a keçdi
-
15:27
“Turan Tovuz” Tacikistan millisinin qapıçısını transfer etdi
-
15:00
Sabiq “Qarabağ”lı “Lester”də
-
14:32
“Neftçi” - “Asteras” matçının başlama saatı açıqlandı
-
14:16
“Qarabağ” - “Şelburn” oyununa nə qədər bilet satılıb?
-
13:55
"Kəpəz" "Şamaxı"ya qarşı
-
13:24
Azərbaycan çempionu bütün futbolçularla müqaviləyə xitam verdi
-
12:43
“Avropa Cüdo Ümidləri turniri yeniyetmə cüdoçuların inkişafına müsbət təsir göstərəcək”
-
12:18
"Zirə"nin rəqibi sabiq “Milan”lı transfer edir
-
12:09
Kamran Talıbov: “Avropa Cüdo Ümidləri Turniri bir növ uşaqlar üçün festival xarakteri daşıyır”
28.07.2025
27.07.2025
26.07.2025













