18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Simurq"un vitse-prezidenti stadion məsələsinə aydınlıq gətirdi

Artıq bir müddət idi ki, Zaqatala şəhər stadionunda yenidənqurma işləri gedirdi. Futbolxeber.az-ın məlumatına görə, stadionun suni ot örütüyünün dəyişdirilməsilə yanaşı, texniki zona və paltardəyişmə otaqlarıda təmir edilib.

Yeni mövsümdə yenidənqurma işlərilə əlaqədar "Simurq" ev oyunlarınıda doğma arenada keçirdə bilmirdi. Artıq son rəsmi prosedurda baş tutub. Belə ki, FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyasının beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatını vermək üçün Türkiyə, ortaşərq və türk dövlətləri üzrə nümayəndəsi Cəmil Şahin Zaqatalaya səfər edib. Mütəxəssis meydana baxış keçirib və lazımı analizləri götürərək, ali futbol qurumunun loborotoriyasına aparıb.

"Simurq" Peşəkar İdman Klubunun vitse-prezidenti Fərhad Əfəndiyev klubun rəsmi saytına bununla bağlı verdiyi açıqlamasında bildirib ki, müvafiq komissiya ilkin baxış zamanı Zaqatala şəhər stadionundan çox razı qalıb: "Nümayəndə görülən işlərin beynəlxalq standartlara cavab verdiyini bildirdi. Komissiya götürülən nümunələri analiz edəcək və qısa bir zamanda arenaya 2 ulduzun verildiyini təsdiqləyən sertifikatı "Simurq"a təqdim edəcək".

Qeyd edək ki, bu cür sertifikatlar 1 il müddətində qüvvədə olur. Vaxt bitdiyində yenidən stadiona baxış keçirilir və lisenziya verilir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30