24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Viktor İqbekoyi ilk üçlüyün bir addımlığında

Azərbaycan Premyer liqasının 13-cü turunun “Qarabağ”la oyununda hesabı açan Bakının AZAL klubunun futbolçusu Viktor İqbekoyi çempionatda 41-ci qolunu vurub. Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bununla da nigeriyalı futbolçu Azərbaycan çempionatları tarixinin ən məhsuldar legionerləri siyahısında 4-cü pilləyə şərik olub. İndi İqbekoyi milliləşən braziliyalı Leandro Qomeşlə eyni sayda qola imza atıb. Ölkəmizdə oynamış ən məhsuldar afrikalı olan Viktor növbəti qolunu vurmaqla daha bir milliləşən əcnəbi Branimir Subaşiçə də çatacaq.

Ümumiyyətlə isə milliləşənlər də daxil olmaqla cəmi 7 legioner 40 qol səddini aşıb. Onlardan yalnız İqbekoyi karyerasını hələ də çempionatda davam etdirir.

1

Badri Kvaratsxeliya

71

2

Georgi Adamiya

61

3

Branimir Subaşiç

42

4-5

Viktor İqbekoyi

41

 

Leandro Qomeş

41

6-7

Fernando Peres

40

 

Junivan Suares

40

Nigeriyalı 41 qolundan 19-nu AZAL-ın heyətində vurub. İqbekoyi hal-hazırkı klubunun Premyer Liqada ən çox qol vuran 3-cü oyunçusudur. Bu göstəricidə, o, yalnız Zohair Benouahi ilə Junior Nildodan geri qalır. Ümumiliyyətlə isə klubun heyətində 9 futbolçu 10 və daha çox qola imza atıb.

1

Zohair Benouahi

24

2

Junior Nildo

21

3

Viktor İqbekoyi

19

4

Junivan Suares

17

5

Xaqani Məmmədov

13

6

Anatoli Doroş

12

7-9

Leandro Qomeş

10

 

Qvidas Yuska

10

 

Tales Şütz

10

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30