20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mövsümün “sülhsevər” turu

Azərbaycan Premyer Liqasının XIII turu mövsümün rekordu ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, baş tutan 5 qarşılaşmadan 4-ü heç-heçə ilə başa çatıb. Yalnız “Neftçi”nin qələbə qazandığı turda uduzan tək komanda “Bakı” olub. Paytaxt derbisində “ağ-qaralar” 2:1 hesabı ilə qalib gəlib.

Digər oyunlardan AZAL -“Qarabağ” və “Rəvan” - “Sumqayıt” görüşləri eyni 1:1 hesabı ilə başa çatıb. “İnter”lə “Simurq”, həmçinin “Xəzər Lənkəran”la “Qəbələ” isə meydanı qol vurmadan tərk edib.

Bir turda 4 heç-heçənin qeydə alınması mövsümün yeni rekordudur. Bunadək 7-ci və 8-ci turlar hərəsi 3 heç-heçə ilə daha “sülhsevər”olmuşdu.

Azərbaycan çempionatları tarixinə nəzər salsaq sonuncu belə hadisə ötən mövsümün startında qeydə alınıb. 2012/13 mövsümünün 1-ci turunda baş tutmalı olan 6 oyundan 5-i keçirilib və 4-də bərabərlik qeydə alınıb. 15 ay əvvəlki turun təxirə salınan yeganə matçı da sonradan “sülh”lə nəticələnib. Bir sözlə, turun 6 matçından 5-də heç-heçə başa çatıb.

2012/13 mövsümü

1-ci tur

04.08.2012

Simurq (Zaqatala) - Qəbələ

1:1

04.08.2012

Sumqayıt - AZAL (Bakı)

2:2

04.08.2012

Kəpəz (Gəncə) - Turan (Tovuz)

1:2

05.08.2012

İnter (Bakı) - Qarabağ (Ağdam)

1:1

05.08.2012

Rəvan (Bakı) - Xəzər Lənkəran

1:1

1-ci turun təxirə salınan oyunu

18.12.2012

Neftçi (Bakı) - Bakı

1:1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30