23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Rəvan": 50-ci qolla 50-ci xal

"Rəvan” Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sumqayıt”la üz-üzə gəldi. Futbolxeber.az-ın "Rəvan"ın saytına istinadən verdiyi məlumata görə, qarşılaşma bir sıra maraqlı məqamları ilə yadda qaldı.

* Komandalar Premyer Liqa çərçivəsində görüşdükləri ilk oyundan sonra ilk dəfə "sülh” bağladı. "Rəvan” həmin 0:0-dan sonra "Sumqayıt”a qol vurmaq ənənəsini yenə davam etdirsə də, budəfəki 1:1 8 matçlıq seriyanın qırılmasına gətirib çıxardı. Çünki qolsuz bərabərlikdən sonra düz 8 qarşılaşmada heç-heçə qeydə alınmamış, tərəflərdən biri 3 xal qazanmışdı.

* "Sumqayıt”la qarşılaşmadakı nəticə həm də "Rəvan”ın evdəki heç-heçələr seriyasını davam etdirməsi ilə nəticələndi. "Bayıl" stadionundakı son 5 matçda "sülh” qeydə alınıb. "Sumqayıt”dan öncə "Qarabağ” (1:1), AZAL (0:0), "Xəzər Lənkəran” (1:1) və "Bakı” (0:0) ilə heç-heçə edilmişdi. Ardıcıl 5 ev heç-heçəsi klub tarixində rekord nəticədir.

* Son oyun "Rəvan" üçün çempionatlar çərçivəsində keçirilən 125-ci görüş oldu. Bunlardan 48-i I divizion çərçivəsində baş tutubsa, Premyer Liqanın payına 77 matç düşür. Bu 125 oyunda ümumi balans belədir: +53 =27 -45, 179:160.

* "Sumqayıt”la qarşılaşmada qeydə alınan 1:1-lik bərabərlik "Rəvan” üçün fərqli mənalarda da yubiley oldu. Belə ki, komanda Premyer Liqada 20-ci heç-heçəsinə imza atdı. 77 oyuna bu nəticəyə çatan "aslanlar” həm də elitada ev oyunlarında 50-ci xalını qazandı. Üstəlik, Premyer Liqada doğma divarlar arasında keçirilən görüşlərdə 50-ci qolunu vurdu.

* Həmin bu yubiley qolunun müəllifi olan Ceyhun Cavadov həm cari mövsüm, həm də ümumilkdə "Rəvan” forması ilə ilk topunu vurdu. Gənc futbolçu Premyer Liqada "Rəvan” forması ilə fərqlənmiş 25-ci oyunçu kimi yadda qaldı. Cari mövsüm bu baxımdan Sebastyan Kastro-Telyo, Kamil Nurəhmədov və Sohib Savankulov "siftə” etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30