Ölkə futbolu
Arif Əsədov: “Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq”
FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series - Edition 2024” layihəsi çərçivəsində sabah Monqolustanla qarşılaşacaq Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov bu gün oyunöncəsi mətbuat konfransı keçirib.
Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini açıqlayıb:
“İlk növbədə xalqımızı Ramazan və Novruz bayramı münasibəti ilə təbrik edirəm. Martın 18-də 24 futbolçu ilə toplanışa başladıq. Təəssüf ki, Aleksey İsayevin zədəsi ciddi olduğu üçün yığmadan ayrıldı. O, təcili əməliyyat olunmalıdır. Bildiyiniz kimi, heyətə yeni futbolçular da cəlb etmişik. Çalışacağıq ki, onlardan da istifadə edək. Qarşımıza hər iki oyunda qələbə qazanmaq məqsədi qoymuşuq. Bəzi taktiki gedişlərdən istifadə edəcəyik. Ola bilər matçlara fərqli taktiki gedişlərlə çıxaq”.
Daha sonra isə o, jurnalistlərin suallarını cavablandırıb.
- “Sumqayıt” cari mövsüm inamlı təsir bağışlasa da, bu komandadan heç kimin milliyə dəvət almaması nə ilə əlaqədardır?
- Bütün komandaları izləyirik. Hər futbolçu üçün millinin qapısı açıqdır. Bu toplanışa düşünmədik. O demək deyil ki, onlar həmişəlik kənarda qalırlar. Elə bu toplanışın gedişdə də “Sumqayıt”ın futbolçularından yararlana bilərik.
- Hücumçu kimi dəvət göndərdiyiniz Ramil Şeydayev, Renat Dadaşov və Musa Qurbanlının potensialına bələndsiniz. Olmazdı ki, “Araz-Naxçıvan”ın hücumçusu, çempionatın bombardirləri siyahısında yer alan yerli hücumçu Orxan Əliyevi heç olmasa Monqolustanla görüşdə sınaqdan keçirəsiniz?
- Adını çəkdiyiniz hücumçular klublarında oyun praktikasından əziyyət çəkirlər. Onsuz da futbolçu qıtlığımız var. Belə anda onları mütləq dəvət etməliyik. Fiziki durumlarına uyğun onlardan istifadə edəcəyik. Hücumçularda bir qədər ruh düşkünlüyü var. Çalışacağıq ki, onları klublarına yaxşı vəziyyətdə yola salaq. Orxan da nəzərimizdədir. Artıq özünə diqqəti cəlb edə bilib. Gələcək oyunlarda onu da dəvət edə bilərik.
- Emil Mustafayevin vəziyyəti necədir?
- Onu çoxdan diqqətimizdə saxlamışıq. Daha əvvəl De Byazi lazım bilməmişdi onu dəvət etməyi. Ola bilər rəsmi oyunlar olduğu üçün bu addımı atmışdı. İndiki durumu yaxşıdır. 2 gündür məşqlərdə pis görünmür. Hiss olunur ki, Ukrayna futbolunun yetirməsidir. Fiziki durumuna uyğun ondan istifadə edəcəyik.
- Rza Cəfərovu sabah qapıda görə bilərikmi?
- Hər hansı futbolçu dəvət alıbsa, deməli, oynamaq şansı var. Mən özüm də sürpriz etməyi xoşlayıram. “Neftçi”də olanda Emil Balayevə ilk dəfə mən şans vermişdim. Hər şey ola bilər. Sabahkı matçda da bu addımı ata bilərik. Şahruddinin də mikro zədəsi var. Bugünkü məşqdən sonra sabah qapıda kimə şans verəcəyimizi qərarlaşdıracağıq.
- Sizin seçiminiz necə olacaq: hücum futbolu, yoxsa müdafiə?
- Fərqli rəqiblərlə üz-üzə gələcəyik. Sabahkı matçda daha çox hücum futboluna üstünlük verəcəyik. Növbəti matçda isə balanslı çıxış etməyə çalışacağıq.
- Qarşıdakı iki matçda uğursuzluq olsa, bu, kimin məsuliyyətində qalacaq?
- İlk növbədə onu deyim ki, mən öz işimi görürəm. Buna görə də əlimdən gələn nə varsa, komandaya aşılamağa çalışıram. Məsuliyyət baş məşqçinindir. Komandanı meydana mən çıxarıramsa, nəticəyə də mən cavabdehəm. Gəcəklə bağlı isə mən bir söz deyə bilmırəm.
- Rəqiblər haqda məlumat toplamısınız?
- Rəqibləri ayyarımdır analiz edirik. Onların zəif və güclü tərəflərini bilirik. Monqolların futbolu fəəqlidir. Avropalılardan seçilirlər. Komanda daim meydanda hərəkətdədir. Müdafiədə kompakt şəkildə çıxış edirlər. Məşqlərdə bunu yarmaq üzərində çalışırıq.
- Sizin üçün doğma meydan, doğma komanda. İlk dəfə baş məşqçi kimi millini meydana çıxaracaqsınız. Hansı hissləri keçirirsiniz?
- Hər məşqçi üçün qururludur. Mən də bunu dərk edirəm. Daha əvvəl də demişəm ki, ehtiyac olarsa, milliyə hər zaman kömək etməyə təmənnasız hazıram. İndi sanki “Neftçi”dəki günlərimə qayıtmışam. Orda da əvvəlcə köməkçi məşqçi idim. Sonra şans yarandı, baş məşqçi oldum. İndi də o dövrə oxşayır.
- De Byazi ilə problem yaşayan Qara Qarayev yenidən milliyə dəvət ala bilər?
- Qara ilə bağlı məsələ qapanmayıb. Onun üçün millinin qapısı açıqdır. Bu toplanışa hər mövqe üçün 2 futbolçu dəvət etdik. Ona görə Qara çağırılmadı. Növbəti toplanışda qismət olsa, çağırılacaq. Qaranın adı mənim siyahımda var.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
09:30
"Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
-
14:27
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
13:44
U-21 millimizin heyəti açıqlandı
-
13:32
“İnter”in əfsanəsi vəfat edib
-
12:19
Bundesliqa klubunda yeni müqavilə
-
11:56
"Kəpəz" iki yoxlama oyunu keçirəcək
-
11:28
"Neftçi"nin keçmiş üzvü Sinqapurda ilk oyununa çıxdı
-
11:00
Jali Muaddib: “Əsas belə çətin anlarda qələbə qazanmaqdır”
-
10:31
Daha 2 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
10:15
“Çelsi” səfərdə məğlub oldu VİDEO
-
10:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Bavariya”dan darmadağın VİDEO
-
00:22
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
-
23:58
Yankoviç "Qarabağ"a 3 xal qazandırdı VİDEO
-
23:13
Qurban Qurbanov: “Dayanmaq fikrində deyilik”
-
21:35
“Neftçi" və "Qarabağ" qalib gəldi
-
21:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
20:16
Yuri Vernidub: "Əsas odur ki, qalib gəldik"
-
18:22
"Neftçi" yoxlama oyunu keçirəcək
-
17:51
“Naxçıvan” yeni legionerlə gücləndi
-
17:37
FIFA Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalının detallarını açıqlayıb
-
17:15
"Karvan-Yevlax"da ayrılıq
-
17:00
Respublika stadionu təmir olunacaq
-
16:44
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
20.09.2026
19.09.2026
18.09.2026
























