29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Simurq" Qəbələdə məşqə çıxdı

 

Topaz Premyer Liqasının XXV turunda "Qəbələ"nin qonağı olacaq "Simurq" qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, bir saata yaxın davam edən hazırlıq prosesində qısa məsafəli qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib. Taktiki çalışmalardan sonra qısa ötürmələrdən ibarət tapşırıqlarla məşq davam edib. Georgi Çixradzenin yetirmələri ikitərəfli oyun və qapıya zərbələrlə hazırlıqları tamamlayaraq istirahətə çəkilib. 
 
Rəqiblərin 17-ci dueli öncəsi "Simurq"un heyətində ciddi itkilər var. Sabahkı qarşılaşmada komandanın heyətində Mario Bojiç və Qərib İbrahimov sarı kart cəzalısı olduqlarından bu görüşdə forma geyinə bilməyəcəklər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31