Ölkə futbolu
“Kəpəz”in kapitanı: “Turnir cədvəlində “Araz-Naxçıvan”ı keçmək istəyirik”

“Kəpəz”in kapitanı Yeqor Xvalkonun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə”yə 1:2 hesabı ilə yenildiniz. Məğlubiyyəti necə şərh edərdiniz?
- Çox da yaxşı oynamadıq. Yalnız qapımızda qol gördükdən sonra yaxşı futbol sərgiləməyə başladıq. Ona qədər çox şey alınmırdı. Səbəbini bilmirəm. Hər halda aydınlaşdıracağıq. Qarşıda dördüncü dövrə var. İrəli baxmalıyıq.
- İlk hissə sakit keçdi, hesab açılmadı, fasilədən sonra isə 3 qol vuruldu. Bunu nə ilə əlaqələndirmək olar?
- Prinsipcə, ikinci hissə də sakit keçdi. Sadəcə biz fasiləyə qədər qol epizodları yaratmaqda çətinlik çəkirdik. Səhvlərə çox yol verirdik. Buna görə də fasiləyə qədər heç bir qol epizodumuz olmadı. “Zirə” isə əksinə, hələ ilk hissədə hesabı aça bilərdi.
- Hazırda əsas rəqibiniz “Kəpəz”i 11 xal qabaqlayırsınız. Bəlkə bu məqam komandada arxayınçılıq yaradıb?
- Xeyr, belə düşünmürəm. Çünki hər gün məşqdə baş məşqçimiz də bu barədə danışır. Bildirir ki, arxayınlaşmaq olmaz. Qarşıda hələ 9 tur var. Üstəlik, şəxsi oyunumuz da olacaq. Həm də biz daha da irəliləmək, turnir cədvəlində “Araz-Naxçıvan”ı keçmək istəyirik. Buna görə xal ehtiyatımızı artırmalıyıq.
- Çempionatda yaranan fasilə “Kəpəz”in xeyrinə olacaq, yoxsa ziyanına?
- Bu cür fasilələr bizə hər zaman faydalı olur. Azca dincələcəyik, sonra isə məşqlərimizi davam etdirəcəyik. Qarşıdan dördüncü dövrə gəlir. Son 9 tur bütün suallara aydınlıq gətirəcək. Ona görə də bizi çox çətin bir dövr gözləyir.
- Üçüncü dövrəni “Kəpəz” üçün uğurlu hesab etmək olar?
- Çox maraqlı və gərgin bir dövrəni başa vurduq. 9 oyundan 4-də qalib gəldik, 4-də uduzduq, 1 matçda isə heç-heçə oynadıq. Ona görə də dövrəni ümumilikdə normal dəyərləndirmək olar.
- Dördüncü dövrənin ilk turunda Respublika stadionunda “Qarabağ”la qarşılaşacaqsınız. Bu arenada Ağdam klubuna 1:7 hesabı ilə uduzmuşdunuz. Bu məqam psixoloji baxımdan qarşıdakı matça hazırlaşmağınız üçün problem yaratmayacaq?
- Düşünmürəm ki, hansısa problem yaşayaq. Həmin yenilgidən sonra “Qarabağ”la üz-üzə gəlmişik. Düzdür, həmin görüş Respublika stadionunda olmayıb. Amma rəqibə layiqli müqavimət göstərmişik. Hətta onlar qələbə qolunu bizim səhvimizdən sonra yalnız matçın sonunda vurdular. Onlar səhvi bağışlamırlar. İnanıram ki, bu dəfə də “Qarabağ”a qarşı inamlı çıxış edəcəyik. Qorxulu heç nə olmayacaq.
- Ev oyunlarınızı gah o stadionda keçirirsiniz, gah bu...
- Təbii ki, çox çətindir. Xüsusən də Bakıda oynayanda. Tovuzda nisbətən rahat idi. Çünki məsafə olaraq Gəncəyə yaxındı. Yeganə problem ot örtüyünün süni olması idi. “Qəbələ” belə demək mümkünsə, bizi öz stadionundan qovdu (gülür). Bildiyim qədəri ilə son dövrədə ev oyunlarımızı Bakıda, Respublika stadionunda keçirəcəyik. İnanıram ki, hər şey yaxşı olacaq.
İbrahim CƏFƏROV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- Abdullah Zubir: “Ona görə də qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam”
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- “Qarabağ”ın qapıçısı üsyan etdi: “XXI əsrdə necə süni qazonda oynamaq olar?”
- “Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
- Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir”
- "Qarabağ" Macarıstana yollandı
- Ehtiram Quliyev: “Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm”
- Rüfət Abdullazadə Xorvatiyada ilk qolunu vurdu
- Tovuz stadionunun son vəziyyəti
- Cordan Rezabala: “Azərbaycanın ən yaxşı və ən böyük klubuna gəlmişəm”
- “Ferensvaroş”un qapıçısı: “Qarabağ” “vaxt öldürmək” baxımından yaxşı iş gördü”
- “Neftçi” Şeydayevlə yolları ayırdı
- Qurban Qurbanov: “Özlərini qeyri-peşəkar apardılar”
- “Qarabağ”dan iki legioner transferi
-
02:30
Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoydu
-
02:19
“Benfika”nın baş məşqçisi: “İstədiyimiz nəticə bu deyildi”
-
01:54
Qurban Qurbanovdan qələbə şərhi
-
01:41
“Benfika” - “Qarabağ” oyununun ən yaxşısı o seçildi
-
00:53
“Qarabağ”dan fantastik qələbə!
-
23:07
"Araz-Naxçıvan" məşqləri bərpa etdi FOTOLENT
-
22:35
Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçirilib
-
21:54
"Benfika" - "Qarabağ": Heyətlər açıqlandı
-
19:12
Aftandil Hacıyev: “Benfika” ilə aramızda fərq hiss olunurdu”
-
18:00
Millimiz Monteneqro ilə heç-heçə edib
-
17:23
Tovuz stadionunda işlər bitir VİDEO
-
16:41
Mendinin yeni klubu bəlli oldu
-
16:16
“Qəbələ”nin futbolçusu dünya çempionatında iştirak edəcək
-
15:58
"Qarabağ"ın U-19 komandası "Benfika"ya böyük hesabla uduzdu
-
14:37
I Liqada IV turun oyun cədvəli açıqlanıb
-
14:09
Mikayıl Cabbarov: "Osman Nurmaqomedov daha yüksək əyarlı medallarla bizi qürurlandıracaq"
-
13:42
Ağayevə UEFA-dan təyinat
-
13:25
Matanın yeni klubu müəyyənləşib
-
13:14
Aleks Souza: “Bu qolun ardı gələcək”
-
12:33
"Qarabağ" Lissabonda dəstəksiz qalmayacaq
-
12:06
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:48
III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayı artdı
-
10:51
"Benfika" - "Qarabağ" oyununa necə baxaq?
-
10:29
Anri: “Qarabağ”dan sürpriz gözləyirəm”
-
10:12
Emin Mahmudovun millidəki qolları VİDEO
-
09:30
"Şəmkir" - "Dinamo" matçında 3 qol VİDEO
-
18:30
“Sumqayıt” - “Neftçi” oyunun biletləri satışda
-
18:14
“Neftçi”nin yeyilən haqqı: 1 epizod, 2 qayda pozuntusu, 0 penalti
-
17:46
I Liqada 3-cü turun oyun cədvəli açıqlandı
-
17:21
V turun hakim təyinatları açıqlandı
-
17:07
“Benfika”nın baş məşqçisi: “Başqa nəticə ola bilməz, qazanmalıyıq”
-
16:59
Qəbələdə bədii gimnastika üzrə turnir keçiriləcək
-
16:35
Azərbaycan klubu ukraynalını transfer edib
-
16:13
Pedro Pinto: “Neftçi” ilə oyunda azarkeşlərin dəstəyinə ehtiyacımız var”
-
16:00
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
-
15:42
Azərbaycan çempionatı keçirilib
-
15:24
"Şəki" amerikalı basketbolçu transfer edib
-
14:58
ACF-nin təşkilatçılığı ilə Bakıda seminar başa çatıb
-
14:36
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışa qatılacaqlar
-
14:01
Mikayıl Cabbarov dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib
-
13:47
"Kəpəz" 1000-ci oyununa çıxdı
-
12:56
NTD ilk yerli basketbolçu transferini reallaşdırıb
-
12:23
Azərbaycan ilə Litva arasında antidopinq sahəsində əməkdaşlıq genişləndirilir
-
12:00
"Şamaxı" üçün əlamətdar oyun
-
11:49
“Turan Tovuz”da ilk
-
11:35
Azərbaycan Kubokunun püşkü atılıb
-
11:12
Dördüncü uğursuz start
-
10:54
Murad Xaçayev: “Bu nədirsə, futbolla bağlı deyil...”
-
10:28
Ronaldo "Qızıl buts"a layiq görüldü
-
10:06
"Liverpul"dan son dəqiqə qolu VİDEO
17.09.2025
16.09.2025
15.09.2025













