27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Orxan Əliyev: “Heyif o epizodlardan...”

“Ümumi götürsək, oyun bizim üçün pis keçmədi. Matça yaxşı başladıq. Fasiləyə qədər hesabı da açdıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın hücumçusu Orxan Əliyev Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qəbələ” ilə heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.

O, ikinci hissədə azlıqda qalmalarının matçın nəticəsinə təsir etdiyini vurğulayıb: “İkinci hissəyə də pis başlamamışdıq. Lakin azlıqda qalmağımız bütün planları pozdu. Qırmızı vərəqə oyunumuza çox təsir etdi. Qalib gəlməyi çox istəyirdik. Təəssüf ki, alınmadı. Yekunda 1 xalla kifayətlənməli olduq”.

29 yaşlı forvard matçın ilk yarısında bir neçə qol epizodunu qaçırmasına belə münasibət bildirib: “Bəli, şanslarım var idi. Lakin fərqlənə bilmədim. Heyif o epizodlardan... Amma ruhdan düşmürəm. Bundan sonra üzərimdə daha çox çalışacam ki, gələcəkdə bu cür şansları dəyərləndirim”.

O, çempionatdakı fasilənin “Araz-Naxçıvan”ın xeyrinə olacağını düşünür: “Çempionatda fasilə yaranması bizim üçün müsbət məqamdır. Son dövrəyə daha yaxşı hazırlaşmaq üçün imkanımız olacaq. Bizə xallar çox lazımdır. Qələbəyə ehtiyacımız var. Hazırda turnir cədvəlində səkkizinci pilləyə enmişik. Lakin rəqiblərlə aramızda xal fərqi çox deyil. Ardıcıl qələbələrlə turnir cədvəlində vəziyyətimizi xeyli yaxşılaşdıra bilərik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

O.Əliyev adının millinin martdakı oyunları üçün açıqlanan heyətdə olmasına da toxunub: “Milliyə dəvət almağım sevindirici haldır. Lakin hələlik adım ehtiyat siyahıdadır. Azərbaycan millisində oynamağı çox istəyirəm. Şansımı gözləyəcəm. Əgər mənə etimad göstərilsə, bütün gücümü ortaya qoyacam”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30