Ölkə futbolu
Miodraq Bojoviç: “Bu qələbədən çox razıyam”

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 27-ci turunun "Səbail"lə matçından (3:0) sonra mətbuat konfransında iştirak edib.
Futbolxeber.az saytının məlumatına görə, monteneqrolu mütəxəssis bu qələbənin onun komandasına əlavə güvən verəcəyini söyləyib: "Bizim üçün çox vacib qələbə idi. Yaxşı başladıq. İlk qolu vaxtında vurduq və keyfiyyətli oynadıq. Mark Tamaşın zədələnməsi gedişatı bir az dəyişdi. Açıq oyun getdi. Biz və "Səbail" açıq futbol oynadıq. Hər iki komandada yaxşı məqamlar var idi. Bu qələbədən çox razıyam və inanıram ki, bu qələbə bizə əlavə güvən verəcək. Növbəti oyunlarda güvən artacaq. Hiss olunur ki, bəzən bizdə bu yöndə çatışmazlıq olur".
O, hücum və müdafiədə xəttindəki problemlər haqda da danışıb: "Son iki oyunda altı qol vurmuşuq. Vacib olan odur ki, hücumlar qurub, epizodlar yaradırıq. Müdafiədə problemlərimiz var. Bu isə sırf həmin mövqedə oynayan oyunçularla bağlı deyil. Komanda şəklində bunu yaxşı etməliyik. Ümid edirik ki, qarşıdakı fasilə bizə fayda verəcək".
Mütəxəssis "Forza Neftçi"nin komandanın oyunlarını boykot etməsindən də söz açıb: "Qələbə qazanıb, qollar vurmağa çalışacağıq ki, gözəl oyun sərgiləyək və azarkeşlər stadiona qayıtsın".
Miodraq Bojoviç "Azərbaycan futbolu haqqında təəssüratınız dəyişibmi?" sualını da cavablandırıb: "Təbii haldır ki, indi Azərbaycan futbolunu daha yaxşı tanıyıram. Çempionat olduqca çətindir. Bütün komandalar gözəl futbol göstərməyə çalışır. Pis futbol göstərən komanda yoxdur. Komandalar hücum etməyə çalışır. Hətta son yerdə qərarlaşan "Qəbələ" göstərdiyi oyun baxımından həmin o yerə layiq deyil. Çempionatın sonuna qədər hamı üçün çətin olacaq. İstənilən komanda digərinə qalib gələ bilər".
Baş məşqçi komandanın, kapitan Emin Mahmudovun oynamadığı görüşlərdə qələbə qazanması haqda bunları deyib: "Məncə, bu sadəcə təsadüfdür. Eminin ciddi zədəsi var. O, iynə vurduraraq meydana çıxmaq haqda da soruşurdu. Amma biz risk etmədik. Emin bizim kapitanımızdır, vacib futbolçumuzdur. Onun oynaması bizim üçün xoşdur".
"Neftçi" martın 23-də "Spartak"la yoxlama oyunu keçirəcək. Miodraq Bojoviç həmin oyuna da toxunub: "Spartak" yaxşı rəqibdir. Bu rəqiblə oynamağımız çempionatdakı növbəti matçlar üçün yaxşı hazırlıq olacaq".
O, "İkinci pillə uğrunda rəqabətin getməsi avrokuboklar mübarizəsinə necə təsir edəcək?" sualını bu cür cavablandırıb: "Premyer Liqada komandalar hansısa yer uğrunda mübarizə aparırsa, demək ki, liqa yaxşı keçir. Bu rəqabət çempionatın keyfiyyətini artırır".
Sonda mütəxəssis "Neftçi"nin yetirməsi Ağadadaş Salyanski haqqında da fikirlərini bölüşüb: "Çox perspektivli oğlandır. Biz də onu əsas heyətə cəlb etmək istiqamətində işlər görürük. Hər şey ondan asılı olacaq".

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
10:42
Əliyev Qırğızıstanda debütunu qolla qeyd etdi
-
09:30
AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
-
18:23
“Qəbələ”dən “Baku Sporting”ə
-
17:59
Azərbaycanı dünya çempionatında təmsil edəcək güləşçilər müəyyənləşib
-
17:12
İsgəndərli baş məşqçisiz qaldı
-
16:37
“Sumqayıt” yeni tərəfdaşlıq müqaviləsi imzalayıb FOTOLENT
-
15:40
“Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
-
15:24
"Neftçi" Alfa Konte ilə vidalaşdı
-
14:58
Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi prosesinə start verilib
-
14:35
Elvin Yunuszadə bu kluba keçdi
-
14:16
Rahil Məmmədo rəsmən “Araz-Naxçıvan”da
-
14:03
Pirlonun yeni iş yeri məlum oldu
-
13:52
Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni medalsız başa vurublar
-
12:41
I Liqa təmsilçisi 3 futbolçu ilə yolları ayırıb
-
12:27
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
-
11:59
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
11:38
Həmyerlimizin komandasından avrokuboklarda uğurlu debüt
-
11:14
"Sumqayıt"ın rəqibləri müəyyənləşib
-
11:00
Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
-
10:46
Zamiq oynadı, komandası “Dinamo”ya qalib gəldi
-
10:25
Hüseynov avrokubok oyununda 90 dəqiqə meydanda oldu
-
10:13
Arda Turanın “Şaxtyor”u səfərdə "Beşiktaş"a 4 qol vurdu VİDEO
-
09:52
Patrik Andrade: “Qələbəyə layiq idik”
-
09:31
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
-
23:55
Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
-
23:03
Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
-
22:38
"Araz-Naxçıvan"dan əzmkar qələbə VİDEO
-
22:29
"Aris"in baş məşqçisi: "Cavab matçı tamamilə fərqli oyun olacaq" - "Aris"in baş məşqçisi
-
21:57
"Araz-Naxçıvan" avrokuboklarda debütunu qələbə ilə qeyd etdi
-
18:41
"Kəpəz" növbəti transferini açıqladı
-
18:00
"İmişli" iki futbolçusu ilə vidalaşıb
-
17:32
Abdullazadə rəsmən “Varazdin”də
-
16:56
“Araz-Naxçıvan” - “Aris” oyununa nə qədər bilet satılıb?
-
16:15
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb
-
15:47
Azərbaycan cüdoçusu erməni rəqibinə ipponla qalib gəlib
-
15:24
"Milan" ekvadorlu müafiəçi ilə 5 illik müqavilə imzaladı
-
15:08
"Gəncə"də yeni libero
-
14:51
"Neftçi" ukraynalı mütəxəssisə tapşırıdı
-
14:33
"Səbail" bombardiri transfer etdi
-
14:19
Qubada region məşqçiləri üçün seminar təşkil olunub
-
13:42
Rövlan Muradov: “Zərbəni vuranda ani qərar qəbul etdim, bunu məşqlərdə də edirəm”
-
13:26
“Şelburn”un kapitanı: “Mənasız qollar buraxmamalı idik”
-
13:05
Azərbaycan idmançıları Universiada bu gün üç növdə mübarizə aparacaqlar
-
12:38
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə"də ilk rəqibləri müəyyənləşib
-
12:17
Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
-
11:51
"Turan Tovuz"dan ayrılan hücumçu Qırğızıstan klubunda
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:09
Millimizin üzvü Şimali Makedoniya klubu ilə anlaşdı
-
10:43
"Fənərbaxça" "Əl-İttihad"ı məğlub etdi VİDEO
-
10:32
“Şelburn"un baş məşqçisi: “Bəlkə də "Qarabağ"a normadan çox hörmət etdik”
26.07.2025
25.07.2025
24.07.2025













