Ölkə futbolu
Qurban Qurbanov: “Heç bir rəqibdən qorxmuruq”

“Vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Cavab oyununda diqqətli olmalıyıq. Bu stadionda çıxış etmək xoşdur. Bütün fikrimizi oyuna yönəltmişik”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalında "Bayer"lə sabahkı cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Xabi Alonsonun "Qarabağ"dan qorxmadığını bildirməsi fikrini belə şərh edib: "Biz hamımız bu ifadəni işlədirik. Heç bir rəqibdən qorxmuruq. Rəqibə qarşı biz də eyni cür yanaşırıq".
Təcrübəli mütəxəssis Juninyonun son durumu və Musa Qurbanlının Ağdam təmsilçisinə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra qərar veriləcək. Hazırda yeni hücumçu haqda düşünmürük. Komandada yetərincə futbolçu var. Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər".
Q.Qurbanov sıx qrafikdə olduqlarını vurğulayıb: "Amma "Bayer" də son 20 gündə çox vacib qrafikdə olub. Son vaxtlar onların hazırlığı daha yaxşıdır. Mən heç vaxt futbolçularıma sırf əlavə vaxt və ya penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Amma məşq proseslərimizdə ayda bir dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudur. Biz 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq. 120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə rastlaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə,fərq etməz. Futbolçuları nəzərə almaq lazımdır. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdur. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq".
O, bu mərhələyə kimi gəlməyin “Qarabağ” üçün böyük təcrübə olduğunu söyləyib: "Zədəlilərimiz oldu, bəzi transferlərimiz gecikdi. Çox güc sərf etdik və komandanı formalaşdıra bildik. Bəzi risklərə getdik. Tək mənə yox, Azərbaycan futboluna böyük təcrübə oldu. Azarkeşlərə, funksionerlərə və s. Son vaxtlar futbol ölkədə daha çox sevildi. Belə komandalara qarşı oynadıqda, "Braqa" kimi rəqiblərə qalib gəldikdə komandanın böyüməsinə daha çox təkan olur. Elə detallar var ki, yaxşılaşdırmalıyıq. Deməyə çəkinmirəm, bu il mənə böyük təcrübə və inam verdi. Bəzən futbolçuların sənin tapşırıqlarını həvəslə yerinə yetirirsə, bu, səni sevindirir".

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- Abdullah Zubir: “Ona görə də qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam”
- “Qarabağ”ın qapıçısı üsyan etdi: “XXI əsrdə necə süni qazonda oynamaq olar?”
- “Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
- Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir”
- Tovuz stadionunun son vəziyyəti
- Ehtiram Quliyev: “Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm”
- Rüfət Abdullazadə Xorvatiyada ilk qolunu vurdu
- “Neftçi” Şeydayevlə yolları ayırdı
- “Qarabağ”dan iki legioner transferi
- "Qarabağ" azarkeşlərinə Portuqaliyadakı oyun üçün nə qədər yer ayrılıb?
- “Ferensvaroş”un qapıçısı: “Qarabağ” “vaxt öldürmək” baxımından yaxşı iş gördü”
- Qurban Qurbanov: “Özlərini qeyri-peşəkar apardılar”
- Mübariz Mənsimov: “İnşallah, bir gün “Xəzər Lənkəran” bərpa olunar və...”
-
19:54
“Neftçi” - “Karvan” oyununun biletləri satışa çıxarılıb
-
18:31
Ülvü Qənizadə: “Dünya çempionluğu məni arxayınlaşdırmamalıdır”
-
17:16
Serbiyalı oyunçu yenidən Azərbaycan klubunda
-
17:00
Musa Qurbanlı: “Türkiyə klublarına örnək ola biliriksə, bu, bizim üçün çox xoşdur”
-
16:49
Rusiyanın tanınmış akademiyasının gimnastları III MDB Oyunlarında iştirak edəcəklər
-
16:28
Naxçıvanda UEFA C kursunun sonuncu mərhələsi keçirilib
-
16:13
II Liqada V turun oyun cədvəli açıqlandı
-
15:57
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
15:32
MDB Oyunları vaxtı Gəncə və Qəbələdə azarkeşlər üçün fan zonalar qurulacaq
-
14:44
Azərbaycan paraüzgüçüsü Sinqapurda gümüş medal qazanıb
-
14:15
Rusiyalı voleybolçu Azərbaycan klubunda
-
13:26
"Quba"nın baş məşqçisi: "Basketbolçuların fiziki hazırlığı qənaətbəxşdir"
-
13:02
AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının tədbirinə qatılıb
-
12:51
"Gəncə"də yeni müqavilə
-
12:38
Azərbaycanda bir qrup autizmli gəncə velosipedlər hədiyyə edilib
-
12:13
"Sərhədçi"dən daha bir əcnəbi transferi
-
12:00
Qurban Qurbanov: “Onların duası idi ki, biz qalib gəldik”
-
11:49
Felipe Santos od püskürdü: “Azərbaycan hakimliyi ancaq geri gedir”
-
11:34
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
-
11:15
PSJ səfərdə "Marsel"ə uduzdu VİDEO
-
10:57
NTD amerikalı basketbolçu transfer edib
-
10:26
"Qalatasaray"ın qələbəsi VİDEO
-
10:13
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:42
"Napoli" 3 xalı 3 qolla qazandı VİDEO
-
01:08
“Qızıl top”un qalibi müəyyənləşdi
-
00:51
"Neftçi"yə lazım olamayan hücumçu Afrika klubunda
-
19:00
İmad Faraj: “Neftçi”yə məhz bunun üçün gəlmişəm”
-
18:35
I Liqada hakim təyinatları
-
17:43
III MDB Oyunlarında futbol yarışının püşkü atıldı
-
17:16
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün tam təqvimi açıqlandı
-
16:51
“Turan” serbiyalı ilə güclənib
-
16:28
Azərbaycan paraüzgüçüsü Sinqapurda bürünc medal qazanıb
-
16:09
"Səbail" malili yarımmüdafiəçi transfer etdi
-
15:32
Azərbaycan gimnastları Misirdə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar
-
15:14
I Liqa klubunun futbolçusuna cəza
-
14:45
Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar
-
14:23
Millimizin heyəti açıqlandı
-
14:00
Pedro Bikalyo: “Göydə uçmamalıyıq, ayaqlarımız yerdə olmalıdır”
-
13:48
PSV - "Ayaks" matçında 4 qol VİDEO
-
13:31
Ağadadaş Salyanski: “Bu qələbənin ardını gətirmək lazımdır”
-
13:17
Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar
-
12:59
"İnter" "Sassuolo"nu belə məğlub etdi VİDEO
-
12:42
"Sərhədçi"dən yeni transfer
-
12:26
"Barselona" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:14
“Kəpəz” Adil Şükürovla yolları ayırdı
-
12:08
Azərbaycan Premyer Liqasında mövsümün rekordu
-
11:43
Mövsümün ilk het-triki
-
11:15
“Zirə”nin futbolçusu üçün əlamətdar oyun
-
10:51
Roma derbisində tək qol VİDEO
-
10:30
Toral Bayramov: “Bu, futbolçunun karyerasında unuda bilməyəcəyi anlardan biridir”
23.09.2025
22.09.2025













