20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Flavinyo, Vobay, Kanales istənilən komanda üçün baş ağrısıdır"

 

"Artıq demək olar ki, bu məsələni unutmuşam. Təbii ki, ilk qolumu "Neftçi"yə vurmaq çox xoş bir duyğudur. Bu hər zaman xatirimdə qalacaq. Amma qeyd etdiyim kimi, bu artıq keçmişdə qalıb". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev klubun rəsmi saytına verdiyi açıqlamada deyib.

"Neftçi" ilə əvvəlki oyunda vurduğu qolla "Qarabağ"a qələbə qazandıran Qara Qarayev şənbə günü keçiriləcək növbəti oyun haqqında belə danışıb: "Neftçi"yə qarşı ciddi hazırlaşırıq. Amma bu digər oyun hazırlıqlarından elə də fərqlənmir. "Ağ-qaralar" uzun müddətdir məğlub olmur. Hazırda çox yaxşı formadadırlar. Bizə hər 2 oyunda məğlub olduqlarına görə meydana qisas hissiylə çıxacaqlar. Bunun üçün çox çalışacaqları bəllidir. Rəqibin heyətində kimisə fərqləndirmək çətindir. Çünki, "Neftçi" fərdi ustalığı yüksək oyunçulardan qurulub. Flavinyo, Vobay, Kanales istənilən komanda üçün baş ağrısıdır. Onları saxlamaq bizim üçün çətin olacaq. Hazırda "Neftçi"ni saxlamaq çox çətindir. Amma bu o demək deyil ki, biz meydana məğlub kimi çıxırıq. Təbii ki, 3 xal qazanmaq istəyirik. Bunun üçün də vuruşacağıq. "Qarabağ"da əla kollektiv var. Bir-birimizə daim dəstək oluruq. Aprelın 6-sında da sona qədər uğurlu nəticə üçün döyüşəcəyik".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30