9 May 2024, Cümə axşamı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"

Ölkə futbolu

UEFA-nın dəstəyi ilə keçirilən seminara yekun vurulub

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “Self Evaluation Workshops” seminarına yekun vurulub.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Bakıda səfərdə olan UEFA nümayəndələri Helen Kroft, Ceff Devis və Diana Bulqaru Azərbaycan Eşitməqüsurlular Futbol Federasiyası və Azərbaycan Amputant Futbol Federasiyasının rəhbərliyi ilə görüşüblər.

Görüş zamanı Azərbaycanda fiziki qüsurlu şəxslərin futbol vasitəsilə cəmiyyətə inteqrasiyası, bu istiqamətdə bu günə qədər görülən işlər və digər mövzular barədə müzakirələr aparılıb. Qonaqlar sonra amputant futbolçular arasında keçirilən yoldaşlıq görüşünü izləyiblər.

Seminarın sonuncu günündə UEFA nümayəndələri AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüblər. Görüşdə 3 gün davam etmiş seminar haqqında fikir mübadiləsi aparılıb. Sonda Sərxan Hacıyev qonaqlara Azərbaycan milli komandasının formasını təqdim edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31