24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Kamal Quliyev: "Aşağı yaş qruplarında çalışmağım yox, işləməməyim geriyə addım olar" (Özəl)

"Bəli, "Neftçi"yə qayıtmağım düzgün xəbərdi. Bu barədə danışıq olub. İnşallah, sabah məsələ tam dəqiqləşməlidir". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada bir müddət əvvəl "Neftçi"dən ayrılan Kamal Quliyev deyib.

Yenidən "ağ-qaralar"a qayıdan veteran futbolçu bu dəfə aşağı yaş qrupu üzrə komandada çalışacaq: "Hələlik hansı yaş qrupu üzrə komandada çalışacağım bəlli deyil. Dediyim kimi, sabah bütün bu məsələlərə aydınlıq gələcək. Amma baş məşqçi olacağım dəqiqdir".

Son 3 ildə "Neftçi"nin əsas komandasında məşqçi kimi çalışan Kamal Quliyev aşağı yaş qruplarında çalışmağı geriyə addım hesab etmir: "Yox, bu fikirlə razı deyiləm. Bunu ayıb saymıram. Aşağı yaş qruplarında çalışmağım yox, işləməməyim geriyə addım olar. İşsiz qalmaq məgər yaxşıdı? Əsas odur ki futbolun içində olasan. Son 3 ildə böyük təcrübə qazanmışam. Hətta deyədim ki həmin təcrübəni bəzi məşqçilər heç 30-40 ildə qazana bilməyiblər. Bundan sonra da qazandığım təcrübəni gənclərlə, yeniyetmələrlə bölüşəcəyəm. Öyərnikdiklərimi praktikada həyata keçirəcəyəm". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30