Ölkə futbolu
“Qəbələ”nin qapıçısı da hakimlərdən şikayətləndi: “VAR da gəldi, amma xeyri yoxdur”

“Oyun gərgin keçdi. Bu gün qalib aşkarlanmasa da, hələ ilk hissəni oynamışıq. Hər şeyə Qəbələdə aydınlıq gələcək. İnanıram ki, öz meydanımızda “Araz-Naxçıvan”ı məğlub etməklə yarımfinala vəsiqə qazanacağıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin qapıçısı Rəşad Əzizli Azərbaycan kubokunun 1/4 final mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirilən ilk oyundan (1:1) sonra deyib.
Jurnalistlərin suallarını cavablandıran 30 yaşlı qolkiper bildirib ki, mərhələ adlamaq şansları yüksəkdir: “Cavab oyunu öncəsi özümüzü favorit görürəm. Səfərdə heç-heçə pis nəticə deyil. Düzdür, bu gün qalib də gələ bilərdik. Fərqlənmək üçün şanslarımız çox oldu. Qələbə qolunu vursaydıq, daha rahat olardı. Yarımfinala yüksələcəyimizə inanırıq, buna ümidimiz böyükdür”.
Əzizli hədəflərinin kuboku qazanmaq olduğunu qeyd edib: “Kubokda şansımız heç də az deyil. Özü də bu mövsüm kubokun qalibi Avropa Liqasına vəsiqə qazanacaq. Bu da bizi daha çox motivasiya edir. Kubokdan avrokuboklara gedən yol daha qısadır. Ona görə də əlimizdən gələni edəcəyik ki, ötənilki nəticəmizi təkrarlayaq. Ancaq çempionatda da sona qədər mübarizə aparacağıq. Çalışacağıq ki, turnir cədvəlində mümkün olduğu qədər yuxarı qalxaq”.
O, “Araz-Naxçıvan”ın qaçırdığı penaltiyə də toxunub: “Ürəyimə dammışdı ki, Turan sol tərəfə zərbə vuracaq. Sadəcə zərbəni qeyri-dəqiq yerinə yetirdi. Top qapıya getsəydi, penalti qaytaracaqdım”.
R.Əzizli buraxılan qolda səhvə yol verdiyini etiraf edib: “Risk elədim, topu tutmağa çalışdım. Gərək o epizodda topu tutmağa çalışmazdım, elə birbaşa uzaqlaşdırardım. Çıxartsaydım, daha yaxşı olardı”.
“Qəbələ”nin qolkiperi hakimlərin idarəçiliyindən narazılığını belə ifadə edib: “Əvvəl səhv idi, indi isə qərəzdir. Bir şey olan kimi dərhal qırmızı vərəqə göstərilir. Belə rahat “qırmızı”lar verilmir. Düşünmürəm ki, bu, turnir cədvəlində aşağı pillədə olmağımızla bağlıdır. Çünki “Zirə”yə qarşı da haqsızlıqlar olur. Hakimlər səhvlərini qəbul etmək istəmirlər. Məsələn, bir epizoda 10 nəfər baxır, hamı da deyir ki, hakim burda səhv qərar qəbul edib, amma onlar razılaşmırlar. Hakimin səhv qərarı futbolçuların əziyyətini verə vurur. VAR da gəldi, amma xeyri yoxdur”.
Fərəc ASLANOV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Azərbaycan çempionu olmuş serb: “İliç “Sumqayıt”dan təklif alan kimi mənə zəng vurdu”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- “Kağız üzərində favorit “Araz-Naxçıvan”dır”
- Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
-
18:59
“Səbail” “Araz-Naxçıvan”ın yarımmüdafiəçisini transfer etdi
-
18:30
“Zirə” - “Şamaxı” oyunun yeri və başlama saatı dəyişdirildi
-
17:28
FİF-in əməkdaşları Ağstafa və Qazax rayonlarına səfər edib
-
16:42
“İmişli”dən növbəti transfer
-
16:15
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib
-
15:53
Elvin Məmmədov: “Növbəti mövsüm 2 və ya 3 legionerlə çıxış etmək niyyətindəyik”
-
14:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
14:04
Sabiq “Şamaxı”lı Finlandiya klubunda
-
13:47
Ribeyro rəsmən “Neftçi”də
-
13:29
"Qarabağ" - "Şkendiya" oyununa nə qədər bilet satılıb?
-
12:56
Rəşad Nəbiyev veteran cüdoçu Əhməddin Rəcəbli ilə görüşüb
-
12:32
“Gəncə”dən yeni transfer
-
12:18
Bəxtiyar Həsənalızadə: “Omoniya” “Aris”dən iki dəfə güclüdür”
-
12:00
AFFA rəsmisinə UEFA-dan təyinat
-
11:43
Möcüzə bir dəfə olur...
-
11:25
“Sumqayıt”dan ayrılıb “Omoniya”ya keçdi
-
11:11
"İmişli" gücünü "Sumqayıt"ın əvəzedicilərinə göstərəcək
-
10:54
Mahir Emreli "Şalke"yə qol vurmaq istəyir
-
10:37
Amerikalı legionerlə yeni müqavilə imzalandı
-
10:02
Azərbaycanın cüdo millisi Qubada intensiv məşqlərə cəlb edilib
-
09:49
Kaxaber Sxadadze: “Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi”
-
09:26
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
-
09:10
Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
-
23:38
"Araz-Naxçıvan"ın məğlubiyyəti VİDEO
-
23:00
“Omoniya”nın baş məşqçisi: “Qələbəmiz asan olmadı”
-
22:42
“Bunu qəbul etmək lazımdır”
-
22:26
Saşa İliç: “Bu, oyunlarımızın arasında ən yaxşısı idi”
-
21:54
"Araz-Naxçıvan"dan ağır yenilgi
-
21:11
"Kəpəz" növbəti transferini rəsmiləşdirdi
-
20:37
"Sumqayıt" "Qəbələ" ilə heç-heçə etdi
-
18:06
“Çelsi”ni “Bernli”yə dəyişdi
-
17:49
İlin ən yaxşı klubu adına 5 namizəd
-
17:15
"Şamaxı" "Zirə" ilə üz-üzə gələcək
-
16:53
Onlar “Lev Yaşin” mükafatına namizəddirlər
-
16:28
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı
-
16:00
“Omoniya” “Araz-Naxçıvan” önünə itkilərlə çıxacaq
-
15:34
Son Hın Min ABŞ lubunda
-
14:42
Azərbaycanın millisinin üzvü Türkiyədə əməliyyat olunub
-
14:16
FIFA reytinqi: Millimiz yerində saydı
-
13:01
“Səbail”dən ayrılan müdafiəçi Malayziya klubunda
-
11:53
Azərbaycanın millisinin üzvü dünyasını dəyişib
-
11:38
AFFA-nın göyə sovurduğu 5 milyon...
-
10:45
"Qarabağ"ın potensial rəqiblərinin ilk oyununda heç-heçə VİDEO
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Karvan" portuqaliyalı yarımmüdafiəçi transfer etdi
-
09:30
Benzianın yeni klubu müəyyənləşdi
-
19:31
“Neftçi” azarkeşlərə səsləndi: 2025/26 mövsüm biletləri satışdadır! FOTOLENT
-
19:06
Elmar Baxşıyev: “Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar”
-
18:54
Qara Qarayev: “Əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk”
-
18:28
İngiltərə Premyer Liqasını Azərbaycanda hansı kanal yayımlayacaq?
08.08.2025
07.08.2025
06.08.2025













