Ölkə futbolu
Lukas Afriko: “Braqa" Azərbaycanın ən böyük komandası ilə qarşılaşacaq”

"Qəbələ"nin braziliyalı müdafiəçisi Lukas Afriko Portuqaliyanın "A Bola" nəşrinə müsahibə verib.
Futbolxeber.az saytının məlumatına görə, o, müsahibədə Azərbaycandakı karyerası, Avropa Liqasının pley-off mərhələsinin "Braqa" - "Qarabağ" matçı ilə bağlı gözləntilərindən danışıb. Müsahibəni qısa ixtisarla dərc edirik.
- Biz burada Portuqaliyada soyuqdan gileylənirik. İndi danışdığımız saat 17:00-da Azərbaycanda, Qəbələdə neçə dərəcə isti var?
- Hazırda hava mənfi 1-i göstərir. Soyuqdur (gülür...)
- Düşünürəm ki, bu, ən böyük problemlərdən biridir. Başqa hansı çətinliklərklə qarşılaşmısınız?
- Bəli, soyuq da onlardan biridir. Amma bu, sosial həyatımızın tərkib hissəsidir. Portuqaliyada olmaq asan idi. Çünki müəyyən mənada Braziliyada olduğu kimi eyni dildə danışırıq, insanlar arasında əlaqələr yaratmaq rahatdır. Azərbaycanda isə mədəniyyət fərqlidir. İlk vaxtlar müəyyən çətinliklərlə rastlaşdım. Amma burada oynayan və mənim evimə yaxın yaşayan bəzi braziliyalılarla tanışlıqdan sonra mənim üçün bir az asan oldu. Hərçənd mən bu yeni təcrübəni sevirəm və bundan maksimum yararlanmaq istəyirəm.
- Ən çox nə üçün darıxırsan?
- Sosial həyatım: dostlarla vaxt keçirmək, onlara yaxın olmaq, daha qısa səfərlərə imkan verən yerdə qalmaq. Amma buradakı təcrübə gözəldir. Futbol bir az fərqlidir, həm də çox standartlaşdırılıb. Burada rəqabətin səviyyəsi isə məni xoş mənada təəccübləndirdi, yaxşı komandalar və oyunçular var. Beş il Portuqaliyada yaşamışam, Avropa futboluna öyrəşmişəm. Azərbaycan onlardan geri qalmır, o da yaxşıdır.
- Siz "Qəbələ"nin heyətində "Braqa"nın Avroliqadakı rəqibi olan "Qarabağ"a qarşı 2 dəfə oynamısınız və hətta 1 qol vurmusunuz.
- Bəli, doğrudur. Onlar ("Qarabağ" - red.) Azərbaycanın ən böyük komandasıdır. Çox yaxşı oyunçuları var. Bəziləri müəyyən müddət Portuqaliyada da oynayıblar. Juninyo, Riçard Almeyda, Julio Romao... Onlar "Braqa"nı yaxşı tanıyırlar. Bu, iki çox səviyyəli komandanın qarşılaşması olacaq.
- “Qarabağ”ın güclü tərəfləri hansılardır?
- Onların yaxşı məşqçiləri var. Keçidləri çox yaxşı, sürətli və şaqulidir. Hücum zamanı çoxluq təşkil edirlər. Həmçinin necə müdafiə olunmağı da bilirlər və çox aqressivdirlər.
- Bəs Portuqaliya oynamış bu futbolçularla danışırsınız?
- Bəli, mənim Juninyo və Riçardla möhkəm dostluğum var. Bir neçə dəfə görüşmüş və nahar etmişik. "Braqa" ilə oynayacaqlarını öyrənəndə çox sevindilər. Çətinliklərlə qarşılaşacaqlarını bilirlər. Lakin Portuqaliya həmişə xoş xatirələri geri qaytarır.
- Müqaviləniz nə vaxta qədər qüvvədədir?
- Bu il iyun ayına qədər, daha bir il uzadılmaq imkanı ilə...
- Portuqaliyaya qayıtmaq istərdinizmi?
- Gələcək Tanrıya məxsusdur. Belə bir fürsət yaranarsa, yaxşı təkliflər olursa, təbii ki, bu haqda düşünəcəm və dəvətə açıq olacam. Mənim bu ölkəyə böyük sevgim var və Liqanı da yaxşı tanıyıram. Bunlar qərar vermək üçün təhlil etməyə ehtiyac duyulmayan amillərdir.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- PFL I Liqanın başlama tarixini açıqladı
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
- Azərbaycan çempionu olmuş serb: “İliç “Sumqayıt”dan təklif alan kimi mənə zəng vurdu”
- “Araz-Naxçıvan”dan darmadağın
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
-
17:49
İlin ən yaxşı klubu adına 5 namizəd
-
17:15
"Şamaxı" "Zirə" ilə üz-üzə gələcək
-
16:53
Onlar “Lev Yaşin” mükafatına namizəddirlər
-
16:28
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı
-
16:00
“Omoniya” “Araz-Naxçıvan” önünə itkilərlə çıxacaq
-
15:34
Son Hın Min ABŞ lubunda
-
14:42
Azərbaycanın millisinin üzvü Türkiyədə əməliyyat olunub
-
14:16
FIFA reytinqi: Millimiz yerində saydı
-
13:01
“Səbail”dən ayrılan müdafiəçi Malayziya klubunda
-
12:27
"Sumqayıt" "Qəbələ"yə qarşı
-
11:53
Azərbaycanın millisinin üzvü dünyasını dəyişib
-
11:38
AFFA-nın göyə sovurduğu 5 milyon...
-
10:45
"Qarabağ"ın potensial rəqiblərinin ilk oyununda heç-heçə VİDEO
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:14
"Karvan" portuqaliyalı yarımmüdafiəçi transfer etdi
-
09:52
"Araz-Naxçıvan" "Omoniya"ya qarşı
-
09:30
Benzianın yeni klubu müəyyənləşdi
-
19:31
“Neftçi” azarkeşlərə səsləndi: 2025/26 mövsüm biletləri satışdadır! FOTOLENT
-
19:06
Elmar Baxşıyev: “Azarkeşlərə səslənirəm, sabah bizi tək buraxmasınlar”
-
18:54
Qara Qarayev: “Əlimizdən gələni edəcəyik ki, sabah qalib gələk”
-
18:28
İngiltərə Premyer Liqasını Azərbaycanda hansı kanal yayımlayacaq?
-
17:13
“Liverpul”u "Lion"a dəyişdi
-
16:40
Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşdi
-
15:32
"Karvan" növbəti transferini reallaşdırıb
-
14:57
Azərbaycan cüdoçuları Şimali Makedoniyada təlim-məşq toplanışına qatılıb
-
13:29
“Araz-Naxçıvan”ın oyunlarını idarə edəcək hakimlər açıqlanıb
-
13:05
"İmişli" qanalı yarımmüdafiəçi transfer edib
-
12:46
Azərbaycan milliləri Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcəklər
-
12:31
"Azərreyl" türkiyəli mütəxəssislə yeni müqavilə imzalayıb
-
11:18
Boks yığmalarımız MDB Oyunlarına Bakıda hazırlaşır
-
10:54
“Qəbələ” Şuaybu ilə yollarını ayırıb
-
10:23
Azərbaycan Karate-Do federasiyasının prezidenti vəfat edib
-
10:06
Azərbaycanın UEFA reytinqində xal ehtiyatı artıb
-
09:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qarabağ" Skopye səfərindən qələbə ilə qayıtdı VİDEO
-
09:00
"Şkendiya"nın baş məşqçisi: "Utanılacaq hesabla məğlub olmadıq"
-
00:51
Qurban Qurbanov: “Nəticə üçün oynamağı bacardıq”
-
23:56
“Qarabağ” “Şkendiya”nı məğlub etdi
-
20:11
"Turan Tovuz" Türkiyədə sonuncu oyununda da uduzdu
-
19:23
“Səbail" daha bir transfer reallaşdırdı
-
18:46
Əvəzedicilər Liqasında 2025/2026 mövsümünün püşkü atılıb FOTOLENT
-
18:09
“Qəbələ” “Hapoel”in hücumçusunu transfer etdi
-
17:54
"Kəpəz" sabiq futbolçusunu geri qaytarıb
-
17:35
Azərbaycanlı boksçuya haqsızlıq edən hakim ömürlük boksdan kənarlaşdırılacaq
-
17:17
Yoviçin yeni klubu müəyyənləşdi
-
16:42
"Qəbələ"də iki yeni müqavilə
-
16:21
Namik Ələskərov “Zirə”də
-
16:00
Ekvadorda stadiona silahlı hücum olub
-
15:33
Qaşim Maqomedova ABŞ-dan dəvət
-
15:16
Kipr mətbuatı: “Araz Naxçıvan” elə-belə rəqib deyil”
07.08.2025
06.08.2025
05.08.2025













