24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Mikayıl Nərimanoğlu: "Fəaliyyətimizi gələcəkdə də belə uğurla davam etdirmək fikrindəyik"

 

“İlk növbədə təbrikə görə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, “Futbol dünyası” qəzeti 2006-cı ildən fəaliyyətə başlayıb, bugünkü gündə də fəaliyyətini davam etdirir". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri bu gün 1000-ci sayı nəşr olunan "Futbol dünyası" qəzetinin baş redaktoru, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.

Mikayıl bəy "Futbol dünyası"nın məqsədi haqda danışarkən, bildirib ki, qəzetin əsas məqsədi və vəzifəsi Azərbaycan futbolunu təbliğ etmək, ictimaiyyəti ölkə futbolunda gedən inkişafla tanış etmək olub.

"İlk öncə qəzetin elektron versiyasını yaratmaq istəsək də, nəşrini ondan əvvəl gerçəkləşdirdik. Hazırda bu mətbu orqan həftədə 3 dəfə oxucularına təqdim olunur və içərisində daha çox informasiya xarakterli materiallar yerləşdirilir", deyə - Nərimanoğlu qeyd edib.  

Mikayıl bəy həmçinin gələcək planlarından da söz açıb: "Fəaliyyətimizi bu gün olduğu kimi, gələcəkdə də belə uğurla davam etdirmək fikrindəyik. Son vaxtlar qəzetdə uşaq futbolu ilə bağlı yazılara daha çox üstünlük veririk. Bu da təbii ki, Azərbaycan futbolunun gələcəyi naminə atılan addımdır. Qəzetdə ən aşağı yaş qruplarından tutmuş 17-18 yaşadək futbolçular arasında gedən turnirlərin gedişatı ilə tanışlıqdan əlavə, orta məktəblərdə keçirilən futbol dərsləri haqqında da məlumatlar dərc edilir".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30