Ölkə futbolu
Rafael Utziq: “Rəşad Sadıqov haqda ancaq müsbət fikirlər eşitmişəm”

“Zirə”nin yeni transferi Rafael Utziqin Futbolxeber.az saytına müsahibəsi
- “Zirə”yə keçidiniz necə alındı?
- İlk öncə onu deyim ki, Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. “Zirə”nin gələcək planları barədə mənə məlumat veriləndə eşitdiklərimdən razı qaldım və bu keçidə razılıq verdim.
- Azərbaycandan başqa təkliflər var idi?
- “Qəbələ” ilə ötən mövsüm Azərbaycan kubokunu qazandıqdan sonra təkliflər var idi. Lakin mən karyeramı başqa ölkədə davam etdirmək istəyirdim. Buna görə də Cənubi Koreyaya yollandım. İndi isə “Zirə”dən gələn təklifi qəbul etdim və burada olduğum üçün məmnunam.
- Cənubi Koreyadakı karyeranızın elə də uğurlu alınmadığını nəzərə alsaq, Azərbaycanda qalmadığınız üçün peşman deyilsiniz?
- Cənubi Koreyadakı futbolla Azərbaycandakı futbol fərqlidir. Burada daha çox topla oynamağa üstünlük verilir. Koreyada isə fiziki futbol ön plandadır. Bəli, oradakı çıxışım istədiyim kimi alınmadı. Hər bir futboçu daha çox oynamaq, daha çox şans qazanmaq istəyir. Koreyada az şans qazandığım üçün məmnun deyildim. Buna görə də ayrılmaq qərarına gəldim.
- “Qəbələ”də komanda yoldaşınız olmuş Ruan Renato yaydan “Zirə”də forma geyir. Bura gəlməmişdən öncə ondan hansısa məsləhət aldınız?
- “Qəbələ”də oynayanda təkcə Ruan deyil, Azərbaycanda çıxış edən bir çox braziliyalılarla münasibətimiz yaranmışdı. Burdan ayrılsam da, əlaqələrimiz davam edirdi. Ruan olmasın, olsun Riçard Almeyda, hansı ki o da “Zirə”də daha əvvəl forma geyib. Onlarla tez-tez əlaqə saxlayırdım. Həmişə həmyerlilərim “Zirə” haqda müsbət fikirlər səsləndiriblər. Bəli, təklifi qəbul etməyimdə onların da rolu olub.
- “Zirə”dəki hədəfləriniz nədən ibarətdir?
- Təbii ki, ilk növbədə hər bir futbolçu üçün komandasının hədəfləri öndə gəlir. Daha sonra fərdi hədəflər. Mövqeyimi nəzərə alsaq, qollar vurub, məhsuldar ötürmələrlə komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.
- Təklifi qəbul etməyinizdə “Zirə”nin turnir cədvəlindəki hazırkı mövqeyi nə dərəcədə rol oynadı?
- “Zirə”nin təklifi mənim üçün maraqlı idi. Komandanın turnir cədvəlində yüksək pillədə olması keçidimdə elə də rol oynamadı. Onsuz da bilirəm ki, “Zirə”də həmişə keyfiyyətli futbolçular çıxış edib. Bu gün də komandada yaxşı oyunçular var. Bütün bu amilləri nəzərə alaraq bura gəldim.
- Baş məşqçi Rəşad Sadıqov haqda ilkin təəssüratlarınız necədir?
- Müxtəlif futbolçulardan Rəşad Sadıqovun özü, işi haqda müsbət fikirlər eşitmişəm. Bura gəlməkdə məqsədim ona kömək etməkdir. Sadıqovla birlikdə çalışacağım üçün çox məmnunam.
- Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk da Cənubi Koreyada çıxış edir. Onunla rastlaşmısız?
- Xeyr, xatırlamıram.
- Sabiq klubunuz “Qəbələ”nin hazırda çempionatın son pilləsində olmasını necə şərh edərdiz?
- Komandanın bu vəziyyətdə olması məni məyus edir. “Qəbələ” ilə bağlı xoş xatirələrim var. Ötən il kuboka sahib çıxdıq, 2 dəfə avrokuboklara vəsiqə qazandıq. Ordan ayrılsam da, klub prezidenti, idarəçilərlə, oyunçularla bu gün də yaxşı münasibətim var. Amma indiki məqamda yalnız “Zirə”dəki işimə fokuslanmışam.
Fərəc ASLANOV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
-
20:09
Filipinyo “Araz-Naxçıvan”da
-
19:46
“Everton”u yapon futbolçu ilə maraqlanır
-
19:24
Tahir Gözel: “Hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik”
-
18:57
Sabiq “Sumqayıt”lı ölkəsinə qayıtdı
-
18:32
“Səbail” “Araz-Naxçıvan”ın qapıçısını transfer etdi
-
18:11
Salifu Suma: “Malmö”də olmaq mənim üçün çox önəmlidir”
-
18:00
“Milan” “Brügge”yə yeni təklif göndərdi
-
17:28
Adli Premyer Liqa klubunun hədəfində
-
16:15
"Anderlext"dən "Araz-Naxçıvan"a
-
15:53
“Turan Tovuz” sabah Türkiyə klubu ilə qarşılaşacaq
-
15:39
Elmar Baxşıyevin köməkçiləri ilə yeni müqavilə imzalandı
-
15:24
“Mançester Siti” sabiq qapıçısını geri qaytarır
-
14:47
Navas Meksika klubu ilə müqavilə imzaladı
-
14:06
"Kəpəz" legioneri ilə vidalaşdı
-
13:52
Sumanın gedişi rəsmən açıqlandı
-
13:18
Azərbaycan idmançıları Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar
-
12:35
Keniya yığmasının üzvü Azərbaycan klubunda
-
11:41
Millimizin Fransa və İslandiya ilə oyunlarının yeri bilindi
-
11:03
Boksçularımız Avropa birinciliyini 22 medalla başa vurublar
-
10:29
Hüseynov oynadı, komandası 1 xal qazandı
-
10:17
“Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
-
09:54
Sabiq "Sumqayıt"lı Qazaxıstan klubunda
-
09:30
Coşqun Diniyev Türkiyə klubundan ayrılıb
-
22:51
Kaxaber Sxadadzedən qələbə şərhi
-
21:47
İliç: “Adi vəziyyətlərdə səhvlər etdik”
-
20:25
"Qəbələ" "Sumqayıt"a qalib gəldi
-
19:32
"Neftçi"nin oyunu ləğv olundu
-
16:13
“Səbail”i Tunis klubuna dəyişdi
-
15:08
"Qarabağ"ın yeni transferi: "Möhtəşəm qələbə ilə başladıq"
-
11:49
"Karvan"dan növbəti transfer
-
11:26
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:54
"Neftçi" Yunanıstan klubuna qarşı
-
10:31
"Qalatasaray"dan 3 qollu qələbə VİDEO
-
10:17
Adil Şükürov böyükhesablı məğlubiyyəti
-
10:00
"Benfika" - "Fənərbaxça" matçında 5 qol VİDEO
-
23:04
"Səbail" növbəti transferini reallaşdırdı
-
22:25
"Neftçi"nin ÇL-dəki oyununun hakimləri müəyyənləşib
-
21:43
Filip Ozobiç yenidən Azərbaycanda
-
20:31
“Şamaxı” “Kəpəz”ə 6 qol vurdu
-
18:18
Kenan Piriç rəsmən “Neftçi”də
-
16:59
Vadim Abdullayev "Karvan"a keçdi
-
15:27
“Turan Tovuz” Tacikistan millisinin qapıçısını transfer etdi
-
15:00
Sabiq “Qarabağ”lı “Lester”də
-
14:32
“Neftçi” - “Asteras” matçının başlama saatı açıqlandı
-
14:16
“Qarabağ” - “Şelburn” oyununa nə qədər bilet satılıb?
-
13:55
"Kəpəz" "Şamaxı"ya qarşı
-
13:24
Azərbaycan çempionu bütün futbolçularla müqaviləyə xitam verdi
-
12:43
“Avropa Cüdo Ümidləri turniri yeniyetmə cüdoçuların inkişafına müsbət təsir göstərəcək”
-
12:18
"Zirə"nin rəqibi sabiq “Milan”lı transfer edir
-
12:09
Kamran Talıbov: “Avropa Cüdo Ümidləri Turniri bir növ uşaqlar üçün festival xarakteri daşıyır”
28.07.2025
27.07.2025
26.07.2025













