23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Xəzər Lənkəran"ın gənc qapıçısından rekord

 

Orxan Sadıqlı “Xəzər Lənkəran”ın tarixində çempionatın 1 mövsümündə 2 penaltidən qol buraxmayan ilk qapıçı olub. Futbolxeber.az-ın məlumatına görə, o, bunu Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda rəsmiləşdirib. Zohair Benouahinin vurduğu 11 metrlik zərbə zamanı qolkiper rəqibi ilə dueldən qalib ayrılıb.
 
Bu isə Orxanın mövsümdə 2-ci belə uğuru olub. Gənc istedad ötən il dekabrın 14-də XVII turun “Neftçi” ilə matçında da belə uğura nail olmuşdu. Həmin vaxt Sadıqlı Nikolas Kanaleslə dueldən qalib ayrılmışdı.
 
Komandanın 9 illik tarixində daha 2 qapıçı – Kamran Ağayev və Dmitri Kramarenko da Orxan kimi 2 dəfə 11 metrlik zərbə zamanı dueldən qalib ayrılıb. Lakin onların heç biri eyni mövsümdə və eyni yarışda buna nail olmayıb. Hər iki uğuru çempionatda olan Ağayev 2006/07 və 2011/12 mövsümlərində buna sevinib. 2007/08 mövsümündə 2 uğuru olan Kramarenko isə 1 dəfə çempionat, 1 dəfə kubokda rəqiblə duelin qalibi olub.
 
Hərəyə 2 dəfə penalti buraxmayan bu 3 qapıçıdan başqa Aleksandr Martyoşkinin də belə nəticəsi var. Ümumilikdə isə komandanın 6 qapıçısı 27 penaltidən 20-ni buraxıb, 7-də qalib ayrılıb: Kamran Ağayev – 13 (2-si qeyri-dəqiq), Dmitri Kramarenko – 6 (2), Aleksandr Martyoşkin – 4 (1), Orxan Sadıqlı – 2 (2), Antonio Doblas, Kamal Bayramov – hərəsi 1.

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30