9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Sumqayıt” məşqləri bərpa etdi

Dekabrın 23-də keçirilən “Səbail”lə oyundan sonra istirahətə buraxılan “Sumqayıt” məşqləri bərpa edib. Samir Abasovun komandası bu dəqiqələrdə “Kapital Bank Arena”da yeni ildə ilk məşqinə çıxıb.

Futbolxeber.az saytının arenada olan əməkdaşının verdiyi məlumata görə, hazırlıq prosesində yalnız yerli futbolçular iştirak edir. Legionerlər komandaya Antalyada qoşulacaqlar.

Qeyd edək ki, 3 gün doğma məkanda hazırlıq keçəcək “Sumqayıt” yanvarın 6-da Antalyaya yollanacaq. Ayın 17-dək Lara bölgəsində yerləşən oteldə məskunlaşacaq “Sumqayıt” bu müddət ərzində 2 yoxlama oyununda qüvvəsini sınayacaq. “Gənclik şəhəri”nin təmsilçisi yanvarın 12-də Rumıniyanın "Hermanştadt", 16-da isə Özbəkistanın "Soqdiana" klubu ilə qarşılaşacaq.

Fərəc ASLANOV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31