26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Rəvan"ın futbolçusu: "Rəhbərliklə münasibətlərim korlandı"

"Rəvan”ın yayda heyətinə qatdığı Fredrik Holster İsveç mətbuatına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, əvvəlcə "Rəvan”a gəlişi haqda danışan sarışın futbolçu deyib: "Sunsvall”da müəyyən dövrə qədər hər şey məni qane edirdi. Ancaq sonradan vəziyyət dəyişdi. Rəhbərliklə münasibətlərim korlandı. Sonradan öyrəndim ki, haqqımda bəzi əsassız şayiələr yayıblar. Guya mən bir başqa klubun məşqçiləri və futbolçuları ilə dalaşmışam. Bütün bunlar məni komandadan ayrılmağa məcbur etdi. Belə bir məqamda "Rəvan” variantı ortaya çıxanda sevindim. Onsuz da karyeramı vətəndən kənarda davam etdirmək istəyirdim. Rəhbərliklə söhbətləşəndən sonra qərarımı qətiyyətləşdirdim”.

Holster Azərbaycan və İsveç arasındakı fərqlərdən də danışıb: "Fərqlər çoxdur. Demək olar, bütün yaşam sahələrində fərq var. Ən əsası mədəniyyət fərqini qeyd etməliyəm. Sanki yeni dünyaya düşmüşəm. Amma əyləncəlidir. Azərbaycanda asanlıqla ingiliscə kiminləsə danışa bilərsən. Amma rus dili daha populyardır. Azərbaycanda çay çox içilir. Mən də yavaş-yavaş buna alışıram. Bakıda pul qazanmaq asandır. Bunu bacarmırsansa, tənbəlsən, günahkar özünsən”.

Müsahibənin sonunda isə Fredrik "Rəvan”ın Topaz Premyer Liqasındakı çıxışı barədə də söhbət açıb: "Düzdür, nəticələr ürəkaçan deyil. Amma heyətdə potensiallı uşaqlar, səviyyəli futbolçular çoxdur. Ümid edirəm ki, işlərimiz qaydasına düşəcək. Azərbaycanda İsveçlə müqayisədə fərqli futbol oynanılır. Bizdə kollektiv oyun hər şeydən üstündürsə, Azərbaycanda fərdi keyfiyyətlərlə də seçilmək olar. Oynanılan futbol texniki cəhətdən mənə uyğundur. Ona görə də özümü göstərəcəyimə ümidliyəm. Mövsüm bitəndən sonra da bəlkə elə Azərbaycanda qalıb oynadım”. 


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30