15 Yanvar 2026, Cümə axşamı
"Səbail"dan daha bir transfer
Kaxaber Sxadadzedən qələbə şərhi
"Neftçi" bu dəfə heç-heçə etdi
"Qarabağ" 5 qollu qələbə qazandı

Ölkə futbolu

Toşak komandasını tənqid etdi

“Bu gün kişilər yeniyetmələrə qarşı oynadılar, hesabın ədalətli olduğunu düşünürəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib. Uelsli mütəxəssis komandasının çıxışını sərt tənqid edib: "Qapımızdan ilk qolu buraxdıqdan sonra Zohair Benuahinin qol imkanı oldu, lakin qapıya zərbə endirmək əvəzinə nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı ilə təkbətək çıxırsa, özü qol vurmalıdır. Mənə “Neftçi”nin ilk qolu oyundan kənar vəziyyətdən vurduğunu dedilər. Bu cür nəticələrlə I Diviziona düşməsək yaxşıdır. Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq lazımdır. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura bilmiriksə, nə deyim? Rasim Ramaldanov milli komanda üzvüdür, 11 metrlik cərimə zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə qayda pozuntusuna yol verdi”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31