19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Nikolov: "Ümid emid edirəm ki, bu il komandamız daha uğurla çıxış edəcək"

 

“İnter”PİK-in prezidenti Georgi Nikolov Bakı şəhərində yay ayında keçiriləcək İBAR CUP U-14 turniri barədə fikirlərini "bankirlər"in rəsmi saytına açıqlayıb: "Qorxuram ki, Valentin Xodukinin sözlərini təkrarlayım. Çox sevindirir ki, bu yarış daimi xarakter aldı. Düşünürəm ki, bu, çox yaxşı yanaşmadı, axı Azərbaycanda çoxdandır öz aralarında futbol oynayan uşaqlar Avropadakı həmyaşıdlılarının da səviyyələrini bilməlidirlər. Bu ölkələrdən olan komandaların güclü və zəif tərəflərini öyrənməlidirlər.
 
Bundan başqa, belə turnirlər təcrübə qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ötən il “İnter”in uşaq komandası bir qədər əsəbi oynadı, lakin uşaqların səbəbləri də vardı. Ümid emid edirəm ki, bu il komandamız daha uğurla çıxış edəcək. Həmin əsəbilik və gərginlik olmamalıdır, axı yeniyetmə oyunçular artıq belə turnirin iştirakçısı olmuşdular. 
 
Biz turnirin formatını saxlamışıq və xoşdur ki, bütün 8 komanda müxtəlif ölkələri təmsil edir. Turnirin iştirakçıları kifayət qədər sanballıdır və bu, yarışın yaxşı səviyyəsindən xəbər verir. Biz yenidən ötən ilin qalibi olmuş Rusiyanın “Rubin” komandasını dəvət etdik. Xüsusi reklama ehtiyacı olmayan Türkiyənin “Beşiktaş” komandasına dəvət göndərmişik. İspaniyada ən yaxşı uşaq futbol məktəblərindən birinə malik olan “Vilyarreal” komandasında da turnirə qatılacaq. Bundan basqa, Almaniyanın “Ayntraxt” klubu da Bakıya gələcək. Turnirdə ənənəvi olaraq möhkəm isveclilər də, “Yurqorden” komandası da çıxış edəcək. Ukraynanın “Karpatı” kluba da turnirə qatılacaq. Bilirsiniz ki, bu ölkədə futbol yaxşı səviyyədədir, uşaq futbolu da həmişə yaxşı tərəfdən seçilir. Turnirin son iştirakçısı hələlik bilinmir. Lakin dəqiq məlumdur ki, sonuncu komanda ya İtaliyanı, ya da Serbiyanı təmsil edəcək. Deyim ki, hər iki klub dünyada məşhurdur. İnşallah, bizim nümayəndələrimiz bu komandalar arasında uğurlu nəticə əldə edərlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30