20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Toşak 5-ci oldu

 

Topaz Premyer Liqasının XXIV turu Azərbaycan futbolu tarixində ilk uelsli baş məşqçi - Con Toşakın ölkəmizdə debütü ilə əlamətdar oldu.Futbolxeber.az-ın məlumatına görə,  AZAL-la Lənkərandakı qarşılaşmada debüt edən təcrübəli mütəxəssisin yetirmələri onun ilk oyununda meydanı 1:1 hesablı heç-heçə ilə tərk etdi.
 
Baş məşqçi vəzifələrini icra edərək komandanı meydana çıxaran çalışdırıcıları nəzərə almamaqla Toşak klubun 9 illik tarixinə 10-cu mütəxəssis kimi düşdü. Ondan əvvəl komandada çalışmış məşqçilərdən ikisi – Rasim Kara və Ağasəlim Mircavadov 2 dəfə bu posta təyinat alıb. Onların debüt və qayıdışdan sonrakı ilk matçlarını da nəzərə alsaq, 12 dəfə “Xəzər Lənkəran” yeni baş məşqçisi ilə birinci sınağa çıxıb.
 
Uelsli mütəxəssis debüt matçında heç-heçə ilə kifayətlənən 5-ci baş məşqçi oldu. Ona qədər Nazim Süleymanov, Rasim Kara, İqor Ponomaryov və Cüneyt Biçer də ilk matçda “sülh”ə imza atmışdı. Toşak son 1 ildəki uğursuz ənənəni qırmağa nail oldu. Belə ki, ondan əvvəl komandaya rəhbərlik edən son 2 baş məşqçi debüt oyununda məğlubiyyətə üzülmüşdü. 2012-ci ildə ilk matçlarında iş başında olan Yunis Hüseynov da, Karles Martorell də xalsız debütə üzülmüşdü.
 
Nazim Süleymanov
07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1
 
Rasim Kara
30.10.2004 “MKT Araz” – “Xəzər Lənkəran” – 0:0
10.08.2008 “Karvan” – “Xəzər Lənkəran” – 1:0
 
Viktor Pasulko
12.02.2006 “Xəzər Lənkəran” – “Olimpik” – 1:0
 
Ağasəlim Mircavadov
11.08.2006 “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
21.08.2009 “Xəzər Lənkəran” – “İnter” – 1:0
 
İqor Ponomaryov
15.02.2009 “Xəzər Lənkəran” – “Karvan” – 0:0
 
Mirça Rednik
07.08.2010 “Xəzər Lənkəran” – “Qəbələ” – 1:0
 
Cüneyt Biçer
10.12.2011 “Xəzər Lənkəran” – “Qarabağ” – 0:0
 
Yunis Hüseynov
19.03.2012 “Xəzər Lənkəran” – “Bakı” – 0:1
 
Karles Martorell Bakes
18.11.2012 “Bakı” – “Xəzər Lənkəran” – 2:0
 
Con Toşak
30.03.2013 “Xəzər Lənkəran” – AZAL 1:1
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ı meydana çıxaran daha 3 çalışdırıcı - Şenol Fidan, Hafiz Əliyev, Emin Quliyev baş məşqçi əvəzi kimi komandaya rəhbərlik edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30