29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Konfrans başa çatdı

Bu gün AFFA-nın növbəti Konfransı keçirilıəcək. Futbolxeber.az xəbər verir ki, 11:00-da AFFA-nın inzibati binasında olacaq Konfrans hesabat xarakteri daşıyır. Assosiasiyanın prezidenti Rövnəq Abdullayevin iştirak edəcəyi toplantıda bir sıra məsələlər müzakirə olunacaq.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Prezident tərəfindən salamlama

2. Yığıncağın tərkibinin yoxlanılması

3. İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

4. Maliyyə hesabatının təsdiq olunması

5. Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

6. Növbəti ilin büdcəsinin təsdiq olunması

7. Hər hansı vakant vəzifəyə seçkilər

8. AFFA üzvlərinin təkliflərinin qəbul olunması

***

AFFA prezidenti Rövnəq Abdullayev konfrans iştirakçılarını salamlayaraq, tədbiri açıq elan etdi. O, 2012-ci ilin futbolumuz üçün çox uğurlu olduğunu bildirdi. Abdullayev bunun pik göstərici kimi millini göstərdi. AFFA prezidenti yığmanın çıxışından hələ tam qane olmasalar da, mübariz komanda formalaşdığını bildirib. O, 2 xalı olan millimizin cari seçmə mərhələdə yaxşı nəticə ilə qurtacağına inandığını bildirib. 

Abdullayev əsas məqsədlərinin 2016-cı ildə Avropa çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparmaq olduğunu deyib. 

***

 

Rövnəq Abdullayevin ardınca baş katibi Elxan Məmmədov çıxış etdi. E.Məmmədov ötən il futbolumuzda əsas hadisə olan Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi olan videoçarxı izləyib, həmin vaxtkı həyəcanı birgə yaşamağı tövsiyə etdi. 
Məmmədov AFFA-nın futbolun inkişaf istiqamətində 3 əsas prioretdən biri haqda danışaraq, infrastukturla bağlı geniş məlumat verdi. O, son vaxtlarda ölkəmizdə inşa edilən stadionlarla bağlı danışdı. Baş katib digər prioritet olan kütləviliyin artırılmağı ilə bağlı vəziyyəti dəyərləndirdi. O, hazırda futbolumuzda 43 min üzv olduğunu və bunun 36 mininin futbolla aktivlə məşğul olduğunu qeyd etdi. 

***

Ardından 2012-ci ildə futbolumuzla baş verənləri olayları əks etdirən videoçarx göstərildi. Bundan sonra AFFA-nın 2012-ci ildə maliyyə hesabatı haqda məlumat verildi. Bunu assosiasiyanın Maliyyə və Mühasibat Departamentinin rəisi Xalid Cavadov etdi. O, gəlirlər və xərclər haqda danışdı. Cavadov hesabatların təqdim edilyi FİFA və UEFA tərəfindən qənaətbəxş sayıldığını bildirdi. 

AFFA-nın hesabatından sonra Müstəqil Audit Departamentinin rəhbəri Vaqif Məmmədov daxil olan maliyyə vəsaitlərin səmərəli istifadə olunduğunu, ciddi nöqsanların olmadığını və fəaliyyətin düzgün edildiyini bildirdi. 

AFFA-nın fəaliyyətinin qənaətbəxş sayıldı və Konfrans işini bitirdi. Bundan sonra İcariyyə Komitəsinin iclası olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31