25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Cavid özü-özünü niyə təkzib edir? (Yazı)

Son 2 günün gündəmi Cavid İmamverdiyevin azarkeşə "xox" gəlməsidi. Həmin azarkeşlə şəxsən söhbət etmişəm. And-aman edir ki, "boş qapı"dan başqa heç nə yazmamışam, heç nə deməmişəm. Amma Cavidin yazdıqları göz önündədi. Dünən axşam isə Cavid yenə "iş başında" idi. Ondan narazı qalan fanatlara İmamverdiyev bu dəfə nömrəsini yazaraq, "kimin sözü var, zəng eləsin" ismarıcını göndərdi. Bəli, bu Azərbaycan reallığıdır. Azərbaycan futbolçusunun mədəniyyətidir. Təbii ki bu sözləri heç də bütün futbolçularımıza aid etmək olmaz. Amma məsələdə kifayət qədər anlaşılmayan məqam var.

Birincisi, Cavid dünən "Neftçi"nin saytına açıqlama vermişdi və həmin açıqlamadan "könülalma" iyi gəlirdi. Amma axşam çıxır, nömrəsini göndərir və "kimin sözü varsa, zəng eləsin" deyir. Cavid, birdəfəlik ya üzrxahlıq elə, ya da "lotuluq". Kimsə səni saytda fanatların könlünü almağa vadar etmir ki.

Ümumiyyətlə, Cavid İmamverdiyevin nə qədər vəkili var? "N" qədərdi. Amma anlamıram ki azarkeşə "patçan" deyib, nömrə yazıb, "xox" gələn futbolçunu necə müdafiə eləmək olar? Həmin o "futbol adamları"na bu məsələnin nə "entry-exiti" var? Nəticə tələb etmək də, baxımlı oyun istəmək də azarkeşin HAQQıdır. Amma Cavidin sayəsində "Neftçi" ən azı 1 azarkeşindən məhrum oldu. İmamverdiyevin hədə-qorxu gəldiyi həmin fanat deyir ki, bir daha "Neftçi"nin oyununa getməyəcəyəm. Düz də edir. Get can qoy, axırda da sənə "xox" gəlsinlər. Bu gedişlə "Neftçi"də azarkeş qalmayacaq. Biri orta barmağını göstərir, biri "xox" gəlir, digəri də maşınla vurub camaatı bədbəxt edir, qatil olur. Amma yenə də həmin futbolçulara "gözün üstə qaşın var" deyən yoxdu. Nə qədər ki onların hərəkətlərinə rəhbərlik göz yumacaq, həmin vaxta qədər də "bezpridel" davam edəcək.

Zaman çox şeyi dəyişir. Bir neçə ay əvvəl Cavidə hər kəs böyük ümidlə baxırdı. İnamlı çıxışı sayəsində minlərlə insanın könlünü fəth etmişdi. Amma bugünkü gündə İmamverdiyev azarkeşlərə lazım deyil. Kiyev "Dinamo"sunun "dubl"una da lazım olmayan futbolçunun gələcəyi qaranlıq görünür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30