10 May 2024, Cümə
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

ASTA-nın 15 futbolçusu İspaniyadakı akademiyaya yollanıb

Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) 14-15 yaşlı 15 yeniyetmə futbolçusu İspaniyanın "Marcet" akademiyasına yollanıb.

Futbolxeber.az saytının məlumatına görə, qurumun prezidenti Rafael Bunyatov və icraçı direktoru Vəliyulla Bunyatov çıxış edərək yeniyetmələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onlara qarşıda duran əsas vəzifələri kimi tədris-təlim prosesinə böyük məsuliyyətlə yanaşmağı tövsiyə ediblər.

Yola salınan yeniyetmələr artıq akademiyada tədris-təlim prosesinə cəlb olunublar və hətta İspaniya A seriyasının müxtəlif komandalarının futbolçuları ilə yoxlama-sınaq məşqlərində də iştirak ediblər.

Qeyd edək ki, ASTA-nın ölkəyə dəvət etdiyi "Marcet" akademiyasının mütəxəssisləri 2008-2009 təvəllüdlü 15 oyunçunu 51 nəfərlik siyahıdan seçiblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31