20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Fərhad Vəliyev: "Həmin oyunu kim unudar ki?"

"Açığı, fikir verməmişəm sonuncu dəfə nə zaman penaltini qaytarmışam. Amma "Visla" ilə oyun yadımdadı. Həmin oyunu kim unudar ki?" Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev deyib. Klubun rəsmi saytına danışan təcrübəli qolkiper "Xəzər Lənkəran"a qarşı keçirilən oyunda mühüm qələbə qazandırlarını qeyd edib: "Komandamız çox yaxşı oynadı. Hər kəs sona qədər mübarizə apardı. Çox vacib  qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki inanırdım özümə. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidi ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çxırsa komanda uğrunda mübarizə aparır. Uğurumuzun əsas səbəbi budur. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan `Qəbələ` ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə dəstək olsunlar sonuna qədər. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30