4 Avqust 2025, Bazar ertəsi
Joni Montiel rəsmən “Qarabağ”da
Elmar Baxşıyevin möhürü
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”

Ölkə futbolu

Mahir Emrelidən qol və məhsuldar ötürmə

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 9-cu tur oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Zaqreb təmsilçisi səfərdə autsayder "Rudes"lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Mahir Emreli matçın 38-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. O, görüşün 58-ci dəqiqəsində komandasının 5-ci qolunun məhsuldar ötürməsinin də müəllifi olub. 26 yaşlı hücumçu Josip Drmiçə məhsuldar ötürmə verib. Mahir 73-cü dəqiqədə Antonio Marinlə əvəzlənb.

Bu nəticədən sonra "Dinamo" turnir cədvəlində 16 xalla (7 oyun) 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 18 xalla (8 oyun) "Hayduk" başçılıq edir

Xatırladaq ki, M.Emreli bu mövsüm Xorvatiya çempionatında bundan əvvəl meydana çıxdığı 5 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31