7 Avqust 2025, Cümə axşamı
“Qarabağ” “Şkendiya”nı məğlub etdi
Namik Ələskərov “Zirə”də
Joni Montiel rəsmən “Qarabağ”da
Elmar Baxşıyevin möhürü

Ölkə futbolu

“Meydanın durumunun ağır olması İordaniya ilə oyunda işimizi daha da çətinləşdirirdi”

“Komanda yaxşı oynadı. Meydanın durumu bir az ağır idi. Bu da işimizi daha da çətinləşdirirdi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın qapıçısı Şahruddin Məhəmmədəliyev İordaniyanı 2:1 hesabı ilə məğlub etdikləri yoxlama görüşü barədə danışarkən deyib.

O qeyd edib ki, yoxlama matçlarında nəticə önəmli olmasa da, qələbə qazanmaq xoşdur: “Belçikaya qarşı ağır oyun keçirmişdik. Bu səbəbdən komandada bir qədər yorğunluq var idi. Əsas odur ki, qələbə qazandıq. Düzdür, yoxlama oyunlarında nəticə önəmli olmur. Lakin bu cür ağır meydanda gözəl oyun sərgiləməyi bacardıq”.

Təcrübəli qolkiper 3 gün əvvəl Avro-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzduqları görüşdən də söz açıb: “İrəlidə bir qədər soyuqqanlı olmaq, ələ düşən qol imkanlarını dəyərləndirmək lazım idi. Əgər hesabı açan tərəf biz olsaydıq, oyun fərqli məcrada keçərdi. Bu halda rəqibə bir qədər çətin olardı. Belçika millisi hesabda önə keçəndən sonra daha rahat oynadı. İstənilən halda düşünürəm ki, biz Belçikaya qarşı yaxşı oynadıq”.

Məhəmmədliyev seçmə mərhələnin ilk 4 turunu belə dəyərləndirib: “Biz tsiklə uğursuz başladıq. Avstriya və İsveçə qarşı keçirilən ilk oyun çox şeyi həll etdi. 2 ağır yenilgidən sonra psixoloji cəhətdən komandanın toparlanması çətin idi. Estoniya ilə matç da asan keçməmişdi. Ümumiyyətlə, qrupdakı hər qarşılaşma çətindi”.

İbrahim CƏFƏROV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31