Ölkə futbolu
Mirzov: “Neftçi”yə keçid gözlənilməz və sürətli oldu”
“Neftçi”yə gəlmək mənim üçün prioritet idi”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına açıqlamasında deyib.
Rusiyalı futbolçu səmimi qarşılanmaya görə Bakı təmsilçisinin rəhbərliyinə təşəkkürünü bildirib: “Deyə bilərəm ki, bu keçid gözlənilməz və sürətli oldu. Çünki klub həqiqətən də mənimlə maraqlanırdı. Rəhbərlik transferi qısa zamanda reallaşdırmaq üçün, demək olar ki, hər şeyi etdi. Çox xoş təəssüratlarım var. Çünki “Neftçi” ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm”.
30 yaşlı yarımmüdafiəçi “Neftçi” barədə öncədən məlumatlı olduğunu söyləyib: “Açığı, “Neftçi”yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. “Spartak”da çıxış edəndə Avstriyadakı təlim-məşq toplanışında “Neftçi” ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” barədə danışmışdım. Solomon Kverkveliya da burada oynayırdı. Onu tanıyıram, mənə komanda haqqında bir az danışmışdı”.
Mirzov rəqabətdən çəkinmədiyini sözlərinə əlavə edib: “Rəqabət səni artırmağa və inkişafa vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu, yaxşı haldır. Sadəcə, özünü təsdiq etmək və işləmək lazımdır”.
Hücumameyilli oyunçu legioner həyatı yaşamaq istədiyi üçün “Neftçi” variantına ilk gündən isti yanaşdığını vurğulayıb: “Düzünü desəm, əvvəlki klubumla müqaviləmin müdəti başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə də düşündüm ki, indi deyilsə, bəs nə vaxt? Nəticədə bura gəlmək qərarını verdim”.
Reziuan sonda klubun azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyini deyib: “Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşləri şad edək. Onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın”.
Qeyd edək ki, son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- Aleksandr Ramalinqomun yubiley qolu
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- Abubakar “Bursaspor”a keçir?
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA referiləri I Liqa oyunlarında
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
-
16:53
“Neftçi” mövsümü qələbə ilə başa vurdu
-
15:19
Ninkoviç: “Qarabağ”ın ÇL-dəki nəticələrində çempionatda limitin olmamasının da rolu var”
-
14:25
"Kəpəz" - "Neftçi": Heyətlər açıqlandı
-
14:02
Ayxan Abbasov milliyə 28 futbolçu dəvət etdi
-
13:57
Cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar
-
13:00
6 boksçumuz Gürcüstanda rinqə çıxacaq
-
12:36
Özü və yolu işıqlı insanın 50 yaşına...
-
11:48
İtaliyada mövsümün ən yaxşılarının adları açıqlandı
-
11:13
Əliyar Ağayev Suriya millisinin oyununa təyinat alıb
-
10:51
“Fiorentina” - “Atalanta” matçında heç-heçə VİDEO
-
10:39
Fransa kubokunun qalibi müəyyənləşdi
-
10:25
“ÇL-də pley-off oynamağımız Avroliqada daha yaxşı çıxış edəcəyimizə təminat deyil”
-
10:02
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:47
“Trabzonspor” 10-cu dəfə Türkiyə kubokunun qalibi oldu VİDEO
-
23:59
Yaşar Seyidov üçün əlamətdar gün
-
23:38
“Sumqayıt” - “Qarabağ” matçında 7 qol - VİDEO
-
23:13
Saşa İliç: “Dünyanın ən pis məşqçisi olmasam da...”
-
22:45
Qurban Qurbanovdan qələbə şərhi
-
21:22
"Sabah" və "Qarabağ"dan qələbə
-
20:51
"Turan Tovuz" mövsümü məğlubiyyətlə başa vurdu VİDEO
-
19:37
Berdıyev: “Avrokuboklarda uğur qazanmağımız transferlərdən asılı olacaq”
-
19:00
DÇ-2026: İngiltərə millisinin heyəti açıqlandı
-
18:46
Sezar Aspilikueta karyerasını bitirir
-
18:19
Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
17:54
AFFA-nın baş katibi Ombudsmanla görüşüb
-
17:33
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
-
17:08
“Mançester Siti” Qvardiolanın gedişini açıqladı
-
16:45
I Liqaya vəsiqə uğrunda pley-off oyununun yeri bilindi
-
16:21
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
-
15:17
Alim Qurbanov, Zaur Ramazanov və Oqtay Abdullayev Mübariz Mənsimovun qonağı oldu FOTOLENT
-
14:32
Bakıda "SPLASH for Swimmable Cities" tədbiri keçirilib
-
14:00
Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
-
13:26
“Sumqayıt”ın könüllüləri ilə görüş keçirilib FOTOLENT
-
12:59
Azərbaycanı Avropa çempionatında 5 parakarateçi təmsil edəcək
-
12:43
Voleybol millimiz Avropa Liqasına hazırlıq üçün Belarusa yollanıb
-
12:04
Norveç millisi mundiala bu heyətlə yollanır
-
11:38
Tyaqo Silva "Portu"dan getdi
-
11:15
Belçikada çempion müəyyənləşdi
-
10:51
Ronaldo dubl etdi, "Əl-Nəsr" çempion oldu VİDEO
-
10:27
İki güləşçimiz Avropa çempionu oldu
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:46
İkiqat Olimpiya çempionunun oğlu Azərbaycan millisində
-
21:58
"Qəbələ" 3 xalı 3 qolla qazandı VİDEO
-
21:46
Kaxaber Sxadadze: "Heç bir halda arxayınlaşmaq olmaz"
-
21:13
AFFA bu klubun II Liqada iştirakına lisenziya verdi
-
20:21
"Qəbələ" "Şamaxı"nı məğlub etdi
-
19:07
I Liqanı tərk edən komanda müəyyənləşdi
-
18:39
"Neftçi" ölkə kubokunun qalibi oldu
-
18:14
I Liqada “Ayın qolu”nun müəllifi mükafatlandırıldı
-
17:52
"Qəbələ" - "Şamaxı": Heyətlər müəyyənləşdi
23.05.2026
22.05.2026
21.05.2026























