Ölkə futbolu
Mirzov: “Neftçi”yə keçid gözlənilməz və sürətli oldu”

“Neftçi”yə gəlmək mənim üçün prioritet idi”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Reziuan Mirzov klubun televiziyasına açıqlamasında deyib.
Rusiyalı futbolçu səmimi qarşılanmaya görə Bakı təmsilçisinin rəhbərliyinə təşəkkürünü bildirib: “Deyə bilərəm ki, bu keçid gözlənilməz və sürətli oldu. Çünki klub həqiqətən də mənimlə maraqlanırdı. Rəhbərlik transferi qısa zamanda reallaşdırmaq üçün, demək olar ki, hər şeyi etdi. Çox xoş təəssüratlarım var. Çünki “Neftçi” ənənələrə malik böyük klubdur. Dərhal qərar verdim ki, buraya gəlməliyəm”.
30 yaşlı yarımmüdafiəçi “Neftçi” barədə öncədən məlumatlı olduğunu söyləyib: “Açığı, “Neftçi”yə keçməklə bağlı heç kimlə məsləhətləşməmişəm. “Spartak”da çıxış edəndə Avstriyadakı təlim-məşq toplanışında “Neftçi” ilə oynamışdıq. Elə orada Emin Mahmudovla “Neftçi” barədə danışmışdım. Solomon Kverkveliya da burada oynayırdı. Onu tanıyıram, mənə komanda haqqında bir az danışmışdı”.
Mirzov rəqabətdən çəkinmədiyini sözlərinə əlavə edib: “Rəqabət səni artırmağa və inkişafa vadar edir. Bütün komandalarda rəqabət var. Düşünürəm ki, bu, yaxşı haldır. Sadəcə, özünü təsdiq etmək və işləmək lazımdır”.
Hücumameyilli oyunçu legioner həyatı yaşamaq istədiyi üçün “Neftçi” variantına ilk gündən isti yanaşdığını vurğulayıb: “Düzünü desəm, əvvəlki klubumla müqaviləmin müdəti başa çatdığı üçün özümü Rusiyada deyil, xaricdə sınamaq qərarına gəldim. Rusiyada 10 il yaxşı səviyyədə oynamışam. Ona görə də düşündüm ki, indi deyilsə, bəs nə vaxt? Nəticədə bura gəlmək qərarını verdim”.
Reziuan sonda klubun azarkeşlərini sevindirmək üçün əlindən gələni edəcəyini deyib: “Bütün azarkeşlərə və özümüzə arzu edirəm ki, klub rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqları yerinə yetirək. Komandanın ənənələrinə uyğun gələn yüksək göstəricilərlə azarkeşləri şad edək. Onları oyunumuzla, nəticələrimizlə sevindirək və birlikdə bizdə hər şey uğurlu alınsın”.
Qeyd edək ki, son klubu Rusiya “Ximki”si olan Reziuan Mirzov “Neftçi” ilə 1 illik müqavilə bağlayıb.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Neftçi” hazırlığa start verdi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
18:27
"Atletiko" İspaniya millisinin üzvünü transfer etdi
-
18:27
"Atletiko" İspaniya millisinin üzvünü transfer etdi
-
18:08
Azərbaycan taekvondoçusu erməni rəqibinə qalib gəlib
-
17:49
"Qarabağ"da bugünkü oyunu ciddi itki ilə çıxacaq
-
16:15
Azərbaycanın kayak və kanoeçiləri dünya çempionatında iştirak edəcəklər
-
15:34
"Şelburn"un baş məşqçisi: "Kağız üzərində favorit "Qarabağ"dır"
-
15:00
Del Pyeronun oğlu D Seriyası klubunda
-
14:22
“Sumqayıt” İliçin rəhbərliyi altında ilk oyununa çıxır
-
13:56
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
13:33
“Zirə” - “Hayduk” oyununa nə qədər bilet satılıb?
-
13:17
"Qarabağ"ın potensial rəqiblərinin oyununda tək qol VİDEO
-
12:41
Azərbaycan cüdoçuları Universiadada mübarizəyə başlayırlar
-
12:28
"Səbail" sabiq “Neftçi”linin transferini açıqladı
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:55
Naxçıvanda UEFA-nın C kateqoriyası üzrə kurs keçirilir
-
11:32
"Kəpəz"lə "Sumqayıt" yoxlama matçında üz-üzə gələcəklər
-
11:14
"Neftçi" - "Termalika" matçında 4 qol VİDEO
-
10:46
Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
-
10:23
"Sumqayıt" Alan Diasla vidalaşdı
-
10:07
"Zirə" "Hayduk"u qəbul edir
-
09:51
Azərbaycan çempionatında ikinci günə yekun vurulub
-
09:30
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır
-
23:52
Samir Abasov: “Toplanışlarda əsas məqsəd fiziki durumu düzəltməkdir”
-
23:31
Kristian Kostin rəsmən “Neftçi”də
-
22:40
Qurban Qurbanov: “Hazırda rəqibimiz bizdən daha yaxşı durumdadır”
-
21:16
"Zirə"nin UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edildi
-
21:07
"Neftçi"nin Polşadakı ikinci oyunu FOTOLENT
-
20:29
"Kəpəz"dən yeni transfer
-
18:58
Qismət Alıyev: “Oyuna tam hazırıq”
-
18:43
Rəşad Sadıqov: “İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun”
-
18:05
Salifu Suma “Zirə”dən ayrıldı
-
17:57
“Kəpəz” üçün yeni sponsor
-
16:32
Azərbaycan atleti Skopyedə ölkə rekorduna imza atıb
-
16:14
"Səbail" onun transferini açıqladı
-
15:41
“Neftçi” "Termalika" ilə bərabərə qaldı
-
15:26
“Zirə” yeni formalarını təqdim etdi FOTOLENT
-
14:59
"Qarabağ"ı Dublində nə qədər azarkeş dəstəkləyəcək?
-
14:08
“Araz-Naxçıvan”ın rəqibi “Nant”ın futbolçusunu transfer etdi
-
13:45
“Neftçi” - “Termalika” - CANLI YAYIM VİDEO
-
13:33
“Gəncə”də yeni müqavilə
-
13:20
“Neftçi” Polşa klubuna qarşı bu “11-lik”lə çıxır
-
13:17
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:42
ÇL: Bu gün II təsnifat mərhələsinə start veriləcək
-
12:21
“Səbail” kapitanı ilə yeni müqavilə imzaladı
-
12:04
Azərbaycan təmsilçiləri bu gün Universiadada 6 idman növü üzrə yarışacaqlar
-
11:35
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb
-
11:16
Kamal Umudlu UEFA-dan təyinat alıb
-
10:59
Rüfət Abdullazadə Xorvatiya klubunda
-
10:47
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib
-
10:23
“Neftçi” bu gün Polşada növbəti oyununa çıxacaq
23.07.2025
22.07.2025













